Mediaxeberleri.az
    
  • Benzinlə bağlı RƏSMİ MƏLUMAT
    Benzinlə bağlı RƏSMİ MƏLUMAT
  • 
  • Bu ərazilərdə qaz olmayacaq
    Bu ərazilərdə qaz olmayacaq
  • 
  • Rəcəb Babaşovun 10 ili: Qazax rayonu inkişaf və tərəqqi dövrünü yaşayır
    Rəcəb Babaşovun 10 ili: Qazax rayonu inkişaf və tərəqqi dövrünü yaşayır
  • 
  • BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
    BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
  • 
  • Ağstafa: Dünənlə bu günün qovuşduğu məkan
    Ağstafa: Dünənlə bu günün qovuşduğu məkan
  • 
  • Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
    Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
  • 
  • Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA
    Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA
  • 
  • ADY vətəndaşları sərhəddən keçirmək üçün “dəllal” pulu alır
    ADY vətəndaşları sərhəddən keçirmək üçün “dəllal” pulu alır
  • 
  • 109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
    109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • Goranboyda iki qadın qətlə yetirildi
    Goranboyda iki qadın qətlə yetirildi
  • 
  • Onlayn qumar sürətlə yayılır – Nə etməli?
    Onlayn qumar sürətlə yayılır – Nə etməli?
  • 
  • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
    Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
  • 
  • Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
    Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
  • 
  • Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
    Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
  • 
  • Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi  - FOTO, VİDEO
    Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - FOTO, VİDEO
  • 
  • İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
    İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
  • 
  • Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi - FOTO - VİDEO
    Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi - FOTO - VİDEO
  • 
  • Ata 3 yaşlı oğlunu boğub öldürdü
    Ata 3 yaşlı oğlunu boğub öldürdü
  • 
  • Zənginlər dollardan imtina edir - Səbəb?
    Zənginlər dollardan imtina edir - Səbəb?
  • 
  • Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
    Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?

Son xəbərlər :
  • Obolonda partlayış baş verdi
  • İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
  • Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
  • İranla razılaşma Livanı da əhatə etməlidir - Merz
  • Putini lağa qoyan rusiyalı rəssam Polşada öldürüldü
  • Qəzzada ölən fələstinlilərin sayı açıqlandı
  • Pakistanda təyyarə qəzası: iki pilot həlak oldu - Video
  • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?
  • Bloqerin bacısı avtoqəzada həlak oldu
  • ABŞ-la İran arasındakı razılaşmaya Ərdoğandan reaksiya
  • Bəzi rayonlara intensiv yağış yağır
  • Prezident onlara müraciət ünvanladı
  • ABŞ-la İran sülh sazişini razılaşdırdı - Təcili
  • Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
  • Qubada kəndin örüş sahələri satılır? - VİDEO
  • ABŞ-da təyyarə qəzaya uğradı: ən azı 12 nəfər öldü
  • DÇ-2026: Almaniyanın matçında 8 qol vuruldu
  • Prezidentdən 15 iyunla bağlı paylaşım
  • Gürcüstanda təhsil almaq istəyənlərin nəzərinə!
  • Sumqayıtda əyilmiş elektrik dirəkləri problemi ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İran dayanmır: Bakıya qarşı inanılmaz təxribat - Video

  • Tarix: 21-12-2023, 08:03

Azərbaycana qarşı mövqeyi ilə seçilən iranlı politoloq Ehsan Mövəhhedian Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı “fikirlərini” qələmə alıb. Maraqlıdır ki, bu “təhlil” İran Xarici İşlər Nazirliyinin “Diplomasi İrani” (İran Diplomacy) analitik portalında yerləşdirilib. Başqa cür desək, bu mövqe həm də İran XİN-in yanaşmasıdır.

Mediaxeberleri.AZ sözügedən məqaləni təqdim edir:

“Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları, münaqişələrə və tərəflərin ziddiyyətli bəyanatlarına baxmayaraq, elə bir vəziyyətə gəlib ki, Azərbaycan Ermənistandan İrəvanın gələcəkdə Bakıdan qisas almayacağına dair təminat axtarır.

Amma sual olunur ki, Azərbaycan “qisas” dedikdə nəyi nəzərdə tutur?

Azərbaycan Prezidenti İlham Əliyevin hökumətinin məqsədi, ilk növbədə, təminat əldə etməkdir ki, erməni tərəfi Ermənistan Respublikasının itirilmiş dövlət və hərbi komponentlərini operativ şəkildə bərpa etmək ambisiyasına malik olmasın. Bakı bilir ki, ermənilər Ermənistanın suveren ərazilərinin itirilməsi (? – red.), ermənilərin etnik təmizlənməsi (? – red.), “Artsax xalqı”nın (? – red.) deportasiyası və Artsaxın Bakı tərəfindən işğalı (? – red.) ilə heç vaxt barışmayacaqlar.

Bu narahatlığı aradan qaldırmaq üçün Bakı, görünür, Ermənistanın “qisas alması”nın qarşısını almaq üçün təminat məqsədilə mümkün sülh sənədinə aşağıdakı bəndləri daxil etmək niyyətindədir:

1. Bütün Artsaxın işğalı (? – red.) və Ermənistan Respublikasının (işğal edilən) hazırkı suveren ərazilərinin “Bakı hökuməti”nin (? – red.) ərazisinə verilməsi haqqında yazılı və sənədləşdirilmiş razılaşma;

2. Ermənistanı Gürcüstan və İranla birləşdirən əsas logistik yolların suverenliyinə nəzarət. Bu məqsədlə Naxçıvan sərhədinə yaxın Tiqranaşen (Kərki kəndini nəzərdə tutur – red.) və Gürcüstan yaxınlığındakı Tavuş bölgəsində kəndlərinin işğalı gündəmdədir;

3. Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin kəskin ixtisar edilməsi və Bakının Ermənistan silahlı qüvvələrinin sayına, eləcə də silahların kəmiyyət və keyfiyyətinə nəzarət etmək hüququnun təmin edilməsi;

4. Əliyev hökuməti tərəfindən yüz minlərlə və daha çox bakılının (? – red.) Ermənistanın əsas rayon və şəhərlərinə köçürülməsi;

5. Ermənistanın ərazi bütövlüyünün nominal tanınmasına baxmayaraq, Türkiyə və Bakının Ermənistanın cənub hissəsi və ya qondarma “Zəngəzur dəhlizi” üzərində ikitərəfli nəzarətinin asanlaşdırılması; yəni Ermənistan hökumətinin bu dəhliz üzərində suverenliyi hüququ olmasın, nəticədə Ermənistanın cənub hissəsi bu ölkədən ayrılsın;

6. Artsax Respublikasını (? – red.), 1915-ci ildə Osmanlı İmperiyasında “erməni soyqırımı” ilə bağlı bölmələri və “Qərbi Ermənistan” ifadəsini çıxarmaqla Ermənistanın Konstitusiyasına və Müstəqillik Bəyannaməsinə dəyişiklik edilməsi, Ermənistanın gerbində erməni kimlik rəmzi Ağrı dağının təsvirinin çıxarılması ilə düzəliş edilməsi.

Bu müddəalar əslində Bakının Ermənistandan tələb etdiyi sülhün qiymətidir.

Ola bilsin ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hərtərəfli təzyiqin tətbiqi ilə İrəvanla Bakı arasında mümkün sülh sazişini imzalasın və yuxarıda qeyd olunan bəndlər imzalanacaq məxfi protokollara salınsın. Ermənistan hakimiyyətinin Bakıya hansı təminatlar verdiyini göstərməyən saziş dərc olunacaq və ya heç olmasa sülh müqaviləsinin bəzi müddəaları gizli saxlanılacaq.

Buna görə də İran İslam Respublikası bu qondarma sülh danışıqlarına qarşı sayıqlığını maksimum dərəcədə artırmalı, qeyri-münasib müddəaların, xüsusən də yuxarıda qeyd olunan 2 və 5-ci bəndlərin İrəvanın üzərinə qoyulmasının qarşısını almaq üçün mümkün razılaşmanın müddəalarını almalı və öyrənməlidir”.

Məqalədə istifadə edilən “terminlər”, hadisələrin təhrifi, Azərbaycanın işğalçı kimi göstərilməsi, Azərbaycan hakimiyyətinin “Bakı hakimiyyəti”, azərbaycanlıların “bakılılar” adlandırılması, “artsax xalqı” ifadəsi, keçmiş, qondarma və özünü buraxan qurumdan “respublika” kimi danışılması, Azərbaycanın xəritələrdə təsbit edilən, hər kəsin qəbul etdiyi, Ermənistanın özünün belə 29,8 min kv.km-ə daxil olmadığını etiraf etdiyi 8 kəndinin – eksklavının geri tələb edilməsinin “Ermənistanın işğalı” adlandırılması, Ermənistanın Türkiyəyə ərazi iddiasının əks olunduğu rəmzlərin “erməni kimliyi” olaraq göstərilməsi və s. bu məqalənin yalnız erməni mövqeyindən yazıldığını göstərmir, həm də İranın Ermənistanı Azərbaycana qarşı təhrik etməsinin nümayişidir. Əks halda İran XİN-in saytında belə bir məqalənin dərci mümkün olmazdı.

Eyni zamanda, bu məqalə Ermənistan ictimai rəyində Ermənistan hakimiyyətinə təzyiq formalaşdırmaq və sülhü pozmaq məqsədi daşıyır.

İran olduqca təhlükəli oynayır.



Oxunub: 587
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:49 | Obolonda partlayış baş verdi
    Dünən, 22:47 | İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
    Dünən, 22:43 | Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
    Dünən, 21:43 | İranla razılaşma Livanı da əhatə etməlidir - Merz
    Dünən, 21:36 | Putini lağa qoyan rusiyalı rəssam Polşada öldürüldü
    Dünən, 21:30 | Qəzzada ölən fələstinlilərin sayı açıqlandı
    Dünən, 13:14 | Pakistanda təyyarə qəzası: iki pilot həlak oldu - Video
    Dünən, 13:12 | Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?
    Dünən, 11:04 | Bloqerin bacısı avtoqəzada həlak oldu
    Dünən, 11:01 | ABŞ-la İran arasındakı razılaşmaya Ərdoğandan reaksiya
    Dünən, 10:50 | Bəzi rayonlara intensiv yağış yağır
    Dünən, 10:49 | Prezident onlara müraciət ünvanladı
    Dünən, 02:00 | ABŞ-la İran sülh sazişini razılaşdırdı - Təcili
    Dünən, 00:00 | Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
    14-06-2026, 23:33 | Qubada kəndin örüş sahələri satılır? - VİDEO
    14-06-2026, 23:30 | ABŞ-da təyyarə qəzaya uğradı: ən azı 12 nəfər öldü
    14-06-2026, 23:29 | DÇ-2026: Almaniyanın matçında 8 qol vuruldu
    14-06-2026, 23:27 | Prezidentdən 15 iyunla bağlı paylaşım
    14-06-2026, 20:55 | Gürcüstanda təhsil almaq istəyənlərin nəzərinə!
    14-06-2026, 19:13 | Sumqayıtda əyilmiş elektrik dirəkləri problemi ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO
    14-06-2026, 19:12 | Azərbaycanın basketbol millisi Avropa Kubokunun finalına yüksəlib
    14-06-2026, 19:09 | Ermənistan MSK nəticələri təsdiqlədi - Paşinyan təkbaşına hökumət qura biləcək?
    14-06-2026, 19:07 | Krımdan qaçış başlayır - Rusiya Qara Dəniz Donanmasının komandanlığını köçürür
    14-06-2026, 18:52 | Ermənistanda seçkilərin yekun nəticəsi açıqlandı
    14-06-2026, 14:56 | Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
    14-06-2026, 14:50 | Türkiyə millisindən 52 illik antirekord
    14-06-2026, 14:19 | Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
    14-06-2026, 14:10 | Duzun saxta olduğunu öyrənməyin asan yolu
    14-06-2026, 14:08 | Sürücülərin nəzərinə: Bal limiti ləğv edilir?
    14-06-2026, 14:06 | Naxçıvana reyslər yenə ləğv olundu – AZAL
    14-06-2026, 12:43 | Rusiya ballistik raket istehsalını artırır
    14-06-2026, 12:24 | Britaniya Rusiya tankerini ələ keçirdi
    14-06-2026, 12:23 | Sabahın hava proqnozu açıqlandı
    14-06-2026, 12:05 | Hizbullah ilk dəfə İsrailin bu PUA-sını vurdu
    14-06-2026, 11:55 | Daşkəsəndə seldən sonra yol çökdü
    14-06-2026, 11:50 | Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş
    14-06-2026, 11:46 | Rusiyada kimya zavodu və neft bazası vuruldu
    14-06-2026, 10:26 | İran Hörmüz boğazı ilə bağlı geri addım atdı
    14-06-2026, 10:15 | Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb
    14-06-2026, 09:09 | DÇ-2026: Türkiyə millisi Avstraliyaya məğlub oldu
    13-06-2026, 22:52 | Çövkən üzrə Azərbaycan millisi dünya çempionu oldu
    13-06-2026, 22:49 | “AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”
    13-06-2026, 22:33 | "Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı reaksiya
    13-06-2026, 20:54 | Flora Kərimova xəstəxanaya yerləşdirildi
    13-06-2026, 20:50 | Rusiyada ağır qəza: 2 ölü, 21 yaralı
    13-06-2026, 20:36 | Türkiyə süni intellekt üçün 10 milyard dollar ayıracaq - Ərdoğan
    13-06-2026, 19:31 | Millimiz dünya çempionu oldu
    13-06-2026, 19:18 | Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi
    13-06-2026, 19:17 | Tramp Şahbaz Şərifin postunu paylaşdı: 24 saata...
    13-06-2026, 19:14 | "Qarabağ" Portuqaliyadan yeni transferə hazırlaşır
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.