Sulutəpədə sənədsiz tikililər sökülür - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikililəri söküb. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
Oxunub: 785
Xəbəri paylaş
Paylaş: