Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
  • Rəşad Məcidə AĞIR İTKİ
  • Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
  • Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
  • Tanınmış aparıcı Xəzər TV-dən getdi
  • Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
  • Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
  • Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İsrail təyyarəsi Gəncəyə nə gətirib? - Tərsinə "∀” yeni müharibənin simvolu kimi...

  • Tarix: 9-09-2023, 13:59

Azərbaycanın İsraildən silah alması Ermənistanda yenidən əsas müzakirə predmetlərindən birinə çevrilib. Bu xüsusda “AzadlıqRadiosu”nun erməni xidməti bildirir ki, Azərbaycan təyyarələrinin İsrailin “Ovda” hava limanına reyslərinin sayı yenidən artıb. İsrail mənbələrinə görə, “Ovda” həmin ölkədə silahların ixracı və idxalına icazəsi olan yeganə aerodromdur.
Bildirilir ki, təkcə avqustun 15-dən sentyabrın 5-dək Azərbaycanın “Silk Way” aviaşirkəti İsrailin bu aerodromuna yük təyyarələri ilə artıq 5 reys həyata keçirib: 15, 29 avqust, 1, 2 sentyabr və sentyabrın 5-də daha bir reys. Üstəlik, sentyabrın 1-də “Silk Way” təyyarəsi “Ovda”dan birbaşa Azərbaycanın Gəncə şəhərinin hava limanına qayıdıb, sentyabrın 2-də isə Gəncədən İsrailə uçaraq yenidən Azərbaycanın bu hava limanına qayıdıb. Diqqətə çatdırılır ki, bu il İsrailin “Haaretz” qəzeti Azərbaycandan “Ovda” aviabazasına və geriyə onlarla yük reysi ilə bağlı araşdırma aparıb.

“Haaretz” qəzeti yazıb ki, hələ 2020-ci ildə Ermənistan-Azərbaycan hərbi toqquşmaları zamanı Bakıdan “Ovda”ya uçuşların sayı kəskin artıb. Nəşr açıq mənbələrə əsaslanaraq yazır ki, təkcə son 7 ildə, yəni 2016-cı ildən başlayaraq Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus yük təyyarələri 92 dəfə İsrailin “Ovda” aerodromuna enib. Eyni zamanda, İsrailin “Haaretz” qəzetinin yazdığına görə, 2016-cı ilin dördgünlük müharibəsi zamanı Bakıdan “Ovda” aerodromuna 6, 2020-ci ilin 44 günlük müharibəsi zamanı isə yalnız sentyabr-noyabr aylarında 20 uçuş həyata keçirilib. 2021-ci ilin iyul-noyabr aylarında baş verən hərbi toqquşmalar zamanı 13, 2022-ci ilin avqust-sentyabr aylarında baş verən hərbi toqquşmalar zamanı 7 uçuş həyata keçirilib.

“Haaretz” vurğulayır ki, İsrail strateji tərəfdaşı Azərbaycana milyardlarla dollar dəyərində silah satır: ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, kamikadze dronları, bunun müqabilində Bakıdan neft alır. İndi “Azatutyun” qeyd edir ki, son günlər Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginlik fonunda Bakı yenidən İsrailin “Ovda” aerodromuna uçuşları aktivləşdirib: “Bu cür aktivlik Azərbaycanın hərbi əməliyyatları bərpa edə biləcəyindən xəbər verirmi? Ermənistan parlamentinin müxalifətçi üzvü Tiqran Abramyanın sözlərinə görə, Azərbaycan gizlətmir ki, bu müddət ərzində nəinki İsraildən, həm də Türkiyədən irimiqyaslı hərbi təchizat alıb. Lakin bu, Abramyanın fikrincə, gərginliyin yeganə komponenti deyil. Azərbaycanda səfərbərliklə bağlı məlumatlar var. Bundan başqa, Bakı Rusiya tərəfinin dəstəyi ilə Qarabağda təhlükəli hərəkətlərin baş verdiyini beynəlxalq ictimaiyyətə fəal şəkildə göstərməyə çalışır. Ermənistana gəlincə, Ermənistan-Hindistan hərbi əməkdaşlığı revanşizmin təzahürü kimi təqdim olunur. Tiqran Abramyan qeyd edir ki, döyüş əməliyyatlarının bərpası riskləri artıb: ”Son vaxtlar Azərbaycanın aktivliyi, çoxsaylı amillərə görə ümumi risklər artıb".

Onun fikrincə, bu vəziyyətdə mümkün müharibənin qarşısını almaq üçün hərbi-siyasi və hərbi diplomatiyanın bütün vasitələrindən istifadə etmək, xüsusilə tərəfdaş ölkələr və müttəfiqlərlə fəal işləmək lazımdır: “Məsələn, gərginlik günlərində Ermənistan hökuməti Rusiya Federasiyası ilə münasibətləri daha da pisləşdirir. Rusiya bu regionun əsas aktorlarından biridir və belə bir vəziyyətdə həqiqətən də Rusiya ilə işləmək lazımdır. Kimin nə problemi olmasından asılı olmayaraq, Rusiyanın bu regionda mövcudluğu baxımından rolunu nəzərə almamaq mümkün deyil. Bu, birincidir. İkincisi, ABŞ və Avropa İttifaqı kifayət qədər fəaldır. Avropa İttifaqı ilə yanaşı, Fransa da ayrıdır. Təbii ki, Azərbaycanın nəyə hazırlaşdığını, nə gətirəcəyini ilk növbədə bu əsas oyunçulara faktlarla nümayiş etdirmək üçün hər fürsətdən istifadə edilməlidir. Çalışmalıyıq ki, ümumi maraqları tarazlaşdıraq və bu vəziyyətin yumşaldılmasına nail olaq. Mümkün müharibənin və ya mümkün eskalasiyanın miqyası azalsa belə, bu, özlüyündə vəziyyətin müəyyən həlli olacaq”.

Abramyan deyir ki, təbii olaraq, başa düşmək lazımdır ki, hər şeyin qarşısını almaq olmur, ona görə də Ermənistan mümkün yeni hərbi hərəkətlərə hazır olmalıdır. Bəs Azərbaycanın İsrailə uçuşlarının tezliyinin artırılması ilə bağlı Ermənistan hökuməti səviyyəsində hansı işlər görülür, Ermənistan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı İsrail tərəfdaşları ilə əlaqə saxlayırmı? Ermənistan Xarici İşlər Nazirliyinə sualı yazılı şəkildə göndərməsi xahiş olunub.

Qeyd edək ki, Ermənistan rəhbərliyi də son iki gündə ciddi qorxu altındadır. Həm baş nazir, həm digər rəsmilər iddia edirlər ki, Azərbaycan sərhədə ordu yığır. Beləliklə, qeyd edilənlər göstərir ki, Azərbaycan və İsrail arasında intensivləşən hərbi əlaqələr yenə Ermənistanda ciddi narahatlıq yaradıb. Erməni tərəfinin panikasını əks etdirən digər bir detal - Qarabağdakı erməni separatçıları Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi birləşmələrin son günlərdəki dislokasiyası ilə bağlı xəbərlərdən həyəcanlanıblar. Separatçıları xüsusilə qorxudan məqam isə Azərbaycan Ordusuna məxsus olduğu iddia edilən hərbi texnikanın üzərində A hərfinin tərsinə “"” kimi qeyd olunmasıdır. Məlumata görə, sosial şəbəkələrdə üzərinə “"” simvolu qeyd olunmuş hərbi texnikanın şəklini paylaşan ermənilər bunun xüsusi məna daşıdığını iddia ediblər. Bu iddialarda “"” simvolunun “qələbə”yə (V-Viktoriya) və V-nin ortasındakı xəttin “Zəngəzur dəhlizi”nin açılmasına işarə olduğu bildirilir. Digər iddialarda isə qeyd olunur ki, həmin simvol separatçıların elan etdiyi qondarma “Artsax”ın adındakı baş hərfin tərsinə çevirilmiş formasıdır ki, bu da oyuncaq rejimin darmadağın ediləcəyi anlamı daşıyır. Ordumuza məxsus hərbi texnikaların üzərində isə belə bir görüntünün olduğuna dair heç bir rəsmi açıqlama yoxdur.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, əgər hansısa hərbi texnikanın üzərinə “"” simvolu qeyd olunubsa, bu heç bir məna daşımır. Onun sözlərinə görə, ola bilsin ki, təlimlər zamanı hansısa bölüyü, yaxud texnikaları bir-birindən ayırmaq üçün müvəqqəti işarələrdən istifadə edilib. Şair Ramaldanov bildirib ki, hərbi texnikanın üzərinə hansısa hərflərin yazılması və ya işarələrin qoyulması halları əvvəllər də müşahidə edilib. Ancaq bəzi ekspertlər bu işarəni yeni müharibənin simvolu hesab edirlər.

Beləliklə, İsraillə intensivləşən əlaqələr və qeyd olunan təyyarə relsləri regionda müharibə hazırlığı kimi qiymətləndirilə bilərmi?

Polkovnik Üzeyir Cəfərovun qeyd etdiyinə görə, qoşunların sərhədə toplanması Ermənistan tərəfindən həyata keçirilir: “Azərbaycan öz ərazisində yerdəyişmə həyata keçirir və bu da normaldır. Amma Ermənistanın sərhədə qoşunları toplaması nə deməkdir? Biz düşmən tərəfdən gələn çıxışları, verilən bəyanatları izləyirik, sentyabrın 2-də Paşinyanın ”artsax bayramı"nı təbrik etməsini də gördük, bütün bunlar İrəvanın qarşıdurmalara getmək hazırlığından xəbər verir. İki il idi ki, Paşinyan separatçıları təbrik etmirdi, amma bu il yenidən başlayıb. Görünür ki, erməni tərəfi təxribatları sürətləndirir".

Hərbi ekspert Azərbaycan təyyarələrinin İsrail aerodromuna uçuşlarına gəlincə, bildirdi ki, bizim bu ölkə ilə hərbi əməkdaşlığımız heç kəsə sirr deyil: “İki ölkə arasında yüksək səviyyəli hərbi əməkdaşlıq mövcuddur, hərbi sənayedə bəzi komponentlər İsraildən alınır, bəziləri Bakıdan göndərilir. İndi vəziyyət gərgindir deyə erməni tərəfi bu uçuşlardan belə nəticə çıxarır. Yəni təyyarələrin İsrailə getməsində təəccüblü hal yoxdur. Eyni zamanda, Prezidentin köməkçisi cənab Hikmət Hacıyev İsraildə səfərdə idi və mühüm görüşlər keçirdi, ermənilər bunu da öz bildikləri kimi təhrif edəcəklər. Əgər erməni tərəfi Azərbaycanın antiterror əməliyyatı aparmaq istəyini bilmək istəyirsə, Ordumuzun kifayət qədər resursu var və separatçı-terrorçu qüvvələri təmizləmək üçün 44 günlük müharibədəkindən də az resurs sərf ediləcək. Sadəcə, əlbəttə, vəziyyətin gərginliyi göz qabağındadır və hər şey Ermənistanın davranışlarından asılı olacaq. Hər halda separatçıların bizə meydan oxuması, Ermənistandan bəyanatlar göstərir ki, toqquşmalar qaçılmaz ola bilər”.

Siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycan müharibəyə başlamaq istəmir, hüquq və danışıq, inteqrasiya təklif edir, amma ermənilər danışmaq şansından terror məqsədi kimi istifadə edir və nəticədə ultimatumla üzbəüz qalır. “Təbiidir ki, arxasında dünya erməni gücünü hiss edən Xankəndi inteqrasiya planı ilə razılaşmayacaq. Bakı bəyan edir ki, Xankəndi separatçıları onun konstruktiv təkliflərini qəbul etmir, ona görə də Azərbaycan bölgə üzərində Azərbaycanın nəzarətini bərqərar etmək üçün hərbi əməliyyata başlamağa məcburdur. Müharibədən əvvəl Azərbaycan da bildirir ki, Ermənistan tərəfinin Qarabağda ağır hərbi texnikası var və mina qoymağa davam edir, minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmir, kütləvi məzarlıq yerlərini açıqlamır. Bəs Azərbaycanın sərt mövqeyi Xankəndi separatçılarının seçki keçirməsinə mane olacaqmı? Bu suallara böyük ehtimalla artıq Azərbaycan ordusu cavab verməli olacaq kimi görünür”.

Siyasi təhlilçi Asif Nərimanlı isə yada salır ki, Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib: “Bu, Ermənistanın sərhəd boyunca genişmiqyaslı təxribatlara hazırlaşdığı ehtimalını daha da gücləndirən məqamdır. Onun fikrincə, mümkün təxribatlar 4 istiqamətdə ola bilər: ”Kəlbəcər: Ermənistan 2021-ci ildən başlayaraq, Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhəd xəttində daha üstün mövqelərə nail olmağa can atır. Sədərək: Arazdəyəndə ABŞ investisiyası ilə zavod inşa edən İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail olmaq planı var. Laçın: beynəlxalq diqqəti Laçın yoluna cəlb etmək, Azərbaycanı təcavüzkar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyə bilərlər; Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları da əvvəldən var. Zəngilan: bu, Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıyır".

Tanrı Ordumuzu müzəffər etsin!


Oxunub: 839
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    13-11-2026, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    13-11-2026, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    13-11-2026, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.