Yaxın günlərdə müşahidəçilərə dəvət məktubu göndəriləcək
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərini izləyəcək beynəlxalq müşahidəçilərə yaxın günlərdə dəvət məktubu göndərəcək. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, budəfəki seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyəcək: “Biz yaxın günlərdə dəvət məktublarımızı göndərəcəyik”.
Oxunub: 1 058
Xəbəri paylaş
Paylaş: