Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək

Son xəbərlər :
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
  • Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
  • Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
  • Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
  • Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
  • Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
  • Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
  • Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
  • Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
  • ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
  • Qaradağda əsgərləri daşıyan avtobus aşdı
  • Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
  • Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
  • 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
  • “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Kənddə intim video olayı: “Çəpərin dibində görüşdük...”

  • Tarix: 14-12-2023, 09:02

Kürdəmir rayonunda 2002-ci il təvəllüdlü Ruslan 2004-cü il təvəllüdlü həmkəndlisi Hicranın (adlar şərti verilib – red.) intim fotolarını yaymaqda ittiham edilib.

Mediaxeberleri.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Kürdəmir rayon sakini Ruslan 2021-ci ilin sonlarında “WhatsApp” vasitəsilə Hicranla video-zəng formasında danışarkən onun məlumatı və razılığı olmadan çılpaq vəziyyətdə intim görüntülərini mobil telefonunda qeydə alıb.

2021-ci il dekabrın sonlarında kənddə qohumu Sərxanla görüşdüyü vaxt videoları “WhatsApp”da ona göndərib. Dekabrın sonlarında həmkəndlisi Vüsalla bağda mal otaran zaman videoları ona göstərib. Evə getdikdən sonra isə videoları “WhatsApp”da Vüsala göndərib.

İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Hicranı həmkəndlisi kimi tanıyıb:

“Hicrangilin evləri bizim evimizdən iki küçə aralıdadır. Onun bir müddət əmim nəvəsi Sərxanla sevgi münasibətlərində olması barədə eşitmişdim.

2021-ci ilin avqust ayından 2022-ci ilin fevral-mart aylarına qədər Gəncə şəhərində zavodda qaynaqçı kimi işləmişəm. 2022-ci ilin may ayına kimi Zəngilan rayonunda yenidənqurma işlərində fəhlə kimi çalışmışam. May ayında isə yaşadığım kəndə qayıtmışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin noyabr və dekabr aylarının sonlarında bir neçə gün yaşadığı kənddə qalıb:

“Noyabrda Sərxandan Hicranın mobil nömrəsini götürüb “WhatsApp”da mesaj yazdım, onunla tanış oldum. Bir müddət danışdıqdan sonra münasibətlərimiz daha da yaxşılaşdı. Onunla həm səsli, həm də görüntülü söhbət etdik. Aramız səmimi olduğundan arabir çılpaq şəkillərimi ona göndərdim.

Hicran da çılpaq vəziyyətdə olduğu vaxt görüntülü zəng formasında danışaraq mənimlə virtual intim münasibətdə oldu.

Danışdığımız müddət ərzində bir neçə dəfə Hicrangildə heç kim olmayanda çəpərin yanında onunla görüşərək sevişmişəm, öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”.

Təqsirləndirilən şəxs deyib ki, 2021-ci ilin sonlarında Hicranla görüntülü zəng formasında danışdıqları vaxt çılpaq vəziyyətdə bədənini ona göstərərkən özünə məxsus mobil smartfon vasitəsilə bir neçə dəfə qeydə alıb:

“Həmin videoları telefonumda saxladım. Videolar barəsində əmim nəvəsi Sərxana da danışdım. Təxminən 2021-ci il dekabrın sonlarında yaşadığım kənddə Sərxanla görüşdük. Yeyib-içərkən Sərxan Hicranın intim görüntülərini əks etdirən videoları ona göndərməyimi xahiş etdi. Mən də onun xahişini yerinə yetirdim”.

Ruslan qeyd edib ki, bir neçə gün sonra, təxminən 2021-ci il dekabrın sonlarında həmkəndlisi Vüsalla mal otaran zaman Hicranın çılpaq vəziyyətdə görüntülərini qeydə aldığını bildirib:

“Videolardan birini ona göstərdim. O da videonu göndərməyimi xahiş etdi. Axşam evə gedərkən videonu Vüsala yolladım.

Təxminən 2022-ci ilin fevralında Hicran zəng edərək videonu niyə bacısının əri Vüsala göndərdiyimi soruşdu. Videonu Pərvizə göndərdiyimi, həmin videonu da onun telefonundan Pərvizin götürdüyünü dedim.

Buna görə Hicran bir neçə gün mənimlə danışmadı. Lakin sonradan yenə danışmağa başladıq. Bu söhbət zamanı Hicrana videoları Vüsala özümün göndərdiyimi etiraf etdim”.

Təqsirləndirilən şəxs bildirib ki, 2022-ci ildə Hicranın böyük bacısının qaynı Vüqar ona zəng edib və onu təhqir etməklə Hicranın intim videosunu niyə kənddə yaydığını soruşub: “Vüqara heç nə demədən telefonu söndürdüm. Təxminən 20 dəqiqə sonra Hicranın atası Əli atama zəng etdi və onu evlərinə çağıraraq söhbət etdi. Axşam Hicranın vəziyyətinin pisləşdiyini, xəstəxanaya aparıldığını eşitdim.

Hicranın həmin videoları qeydə almağımdan və Vüsala göndərməyimdən 2022-ci ilin fevral ayında xəbəri olub. Atasının bundan xəbər tutması ona pis təsir edib. Hicranın bu məsələyə görə özünü öldürmək istəməsini düşünmürəm. Çünki heç vaxt onunla amansız rəftar etməmişəm, ona hədə-qorxu gəlməmişəm.

Hicranın intim görüntülərini əks etdirən videoları ilk dəfə dostum Sərxana, daha sonra həmkəndlim Vüsala göndərmişəm. Videoları başqa heç kimə göndərməmişəm.

Hicranla çılpaq vəziyyətdə danışarkən onun görüntülərini qeydə almağımdan xəbəri olmayıb. Videoları yaymaqda başqa niyyət güdməmişəm”.

İş üzrə zərərçəkmiş Hicranın sözlərinə görə, təqsirləndirilən Ruslanı həmkəndlisi kimi tanıyıb, Ruslangilin evləri onların evindən iki küçə aralıda yerləşir:

“Təxminən 2021-ci ilin noyabında Ruslan “WhatsApp”da mesaj yazaraq mənimlə tanış olmaq istədi. Xoşum gəlmədiyi üçün onu bloka ataraq yazışmanı davam etdirmədim.

Təxminən bir neçə saat sonra Ruslan başqa nömrədən yenidən yazaraq onu niyə bloka atdığımı soruşdu, blokdan çıxarmağımı istədi və mənə bir söz deyəcəyini bildirdi. Ona danışmaq istəmədiyimi dedim.

Ruslan məni sevdiyini dedi. Ona rədd cavabı verdim. Axşam saatlarında bizə qonaqlar gəldi. Ruslan yenidən yazaraq bizə elçi gəlib-gəlmədiyini soruşdu. Mən də onu özümdən uzaqlaşdırmaq üçün elçi gəldiyini bildirdim.

Ruslan bir müddət gözləməyi, məni alacağını bildirdi. Yenidən rədd cavabı verərək ona mesaj yazmadım”.

Hicran qeyd edib ki, səhəri gün Ruslan yenidən mesaj yazaraq onu istədiyini, elçilərə rədd cavabı verməsini tələb edib:

“Bundan sonra mənə kənddən kim elçi gəlsə, Ruslan həmin adamları taparaq onlarla dalaşıb mənim başqası ilə evlənməyə imkan vermədi.

Ruslanın bu hərəkətlərindən sonra məni həqiqətən istədiyinə, sevdiyinə inandım, onunla danışmağa başladım. Həm səsli, həm də görüntülü danışdıq. Aramız səmimi olduğundan məndən çılpaq şəkillərimi göndərməyimi istədi. Mən də inanaraq çılpaq şəkillərimi Ruslana göndərdim.

Həmçinin çılpaq vəziyyətdə görüntülü zəng formasında danışaraq onunla virtual intim münasibətdə oldum. Danışdığımız müddət ərzində 3-4 dəfə müxtəlif vaxtlarda evimizdə heç kim olmayanda həyətimizdəki çəpərin yanında Ruslanla görüşərək sevişdik. Hər dəfəsində öz razılığımla qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

Zərərçəkmiş deyib ki, 14 fevral 2022-ci ildə Ruslan çılpaq vəziyyətdə olduğu zaman qeydə aldığı video görüntünü bacısı Sənəmin əri Vüsala göndərib:

“Ruslanla görüntülü danışarkən onun danışıqlarımızı qeydə aldığını bilməmişəm. Fevralın 14-də bacım zəng edərək Ruslanın videomu Vüsala göndərdiyini, bunun nə məsələ olduğunu soruşdu. Mən də bacıma Ruslanla danışdığımı, lakin görüntünü qeydə aldığından xəbərimin olmadığını bildirdim.

Bu barədə Ruslana yazaraq videonu niyə Vüsala göndərdiyini soruşdum. Ruslan videonu özünün göndərmədiyini, videodan təkcə dostu Pərvizin məlumatı olduğunu bildirdi. Bu barədə bacım Sənəm anama da məlumat verdi. Lakin atamdan qorxduğumdan ona heç nə demədik.

Anam bacımın qayınanasına bu barədə məlumat verərək onu Ruslanın ailəsi ilə danışmağa göndərdi.

Bacımın qayınanası Ruslanın evinə getdi, atasına bu barədə məlumat verdi. Ruslanın atası oğlunu başa saldığını, videonu sildirdiyini bildirdi”.

Hicranın sözlərinə görə, bu hadisədən sonra Ruslanın nömrəsini yenidən bloka atıb və onunla əlaqəni kəsib: “Təxminən 1 həftə sonra Ruslan başqa bir nömrə ilə yenidən mənə yazaraq səhv etdiyini, videonu özünün göndərdiyini, onu bağışlamağımı istədi. Ruslanla dalaşaraq nömrəsini telefonundan sildim, öz nömrəmi də sındıraraq atdım. Mobil nömrə istifadə etmədim. Ruslanla heç bir əlaqəm olmadı”.

Zərərçəkmiş qeyd edib ki, digər bacısı Xumarın əri Cəlil onlara gələrək çılpaq vəziyyətdə danışdığı videosunu ona bir nəfərin göndərdiyini bildirib: “Videonu anama, atama göstərdi. Atam Ruslanın atasına zəng etdi, bu videonun nə olduğunu, kimin yaydığını soruşdu. Ruslanın atası həmin videonu sildirdiyini, videonu oğlunun yox, qohumu Pərvizin yaydığını bildirdi.

Bundan sonra özümü itirərək evdə başımı divarlara vurmağa başladım. İntihar məqsədi ilə evdən çıxaraq Kür çayına doğru qaçdım. Bacım və valideynlərim arxadan gələrək məni tutdular, evə apardılar. Bundan sonra məni xəstəxanaya gətirdilər. Şərəf və ləyaqətimin alçaldılması səbəbindən rayon prokurorluğuna şikayət etdim”.

Hicranın ifadəsinə görə, intim görüntülərinin kənddə yayılması səbəbindən özünü öldürmək istəyib: “Evdə ailə üzvlərim və ya qeyriləri tərəfindən incidilməmişəm, döyülməmişəm, ləyaqətim alçaldılmayıb. Mənə qarşı heç bir hədə-qorxu gəlinməyib. İntim görüntülərim olan videonu yayacağı ilə bağlı məni Ruslan da hədələməyib”.

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ruslan 450 saat ictimai işlər cəzasına məhkum edilib.


Oxunub: 567
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    Bu gün, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    Bu gün, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    Bu gün, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    Bu gün, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    Bu gün, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Bu gün, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    Bu gün, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    Bu gün, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    Bu gün, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    Bu gün, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    Bu gün, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    Bu gün, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    Bu gün, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    Bu gün, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    Bu gün, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    Bu gün, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    Bu gün, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    Bu gün, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    Bu gün, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    Bu gün, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    Bu gün, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    Bu gün, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    Bu gün, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    Bu gün, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Bu gün, 09:53 | Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
    Bu gün, 09:44 | İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    Bu gün, 09:13 | İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
    Bu gün, 09:04 | Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
    Bu gün, 07:56 | Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
    Bu gün, 07:54 | Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Bu gün, 00:00 | Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 20:32 | Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
    Dünən, 19:56 | Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
    Dünən, 19:54 | Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
    Dünən, 19:52 | Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
    Dünən, 19:39 | Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
    Dünən, 19:33 | Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
    Dünən, 19:27 | Azərbaycanın cüdo tarixində rekord...
    Dünən, 19:25 | Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia
    Dünən, 17:01 | “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”
    Dünən, 16:59 | Gözlərinizi qorumaq üçün məsləhətlər
    Dünən, 16:57 | Hərbi xidmətə gedənlərlə bağlı VACİB AÇIQLAMA
    Dünən, 16:56 | Cəbrayılda mal-qara otaran şəxs minaya düşdü
    Dünən, 16:54 | Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
    Dünən, 13:43 | Paşinyandan Medvedevə kinayəli cavab: "Əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilərik"
    Dünən, 13:36 | Bakıya leysan yağacaq, şimşək çaxacaq
    Dünən, 13:32 | Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto
    Dünən, 11:15 | Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
    Dünən, 11:11 | "Patriot" parkında növbəti korrupsiya skandalı - Milyardlıq tenderlər, milyonluq faizlər....
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.