Roza Zərgərlinin oğlu tarixi ilkə imza atdı
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarov tarixi ilkə imza atıb. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə 28 yaşlı sənətçi özü məlumat verib. O, bildirib ki, tezliklə "İVİ"də yayımlanacaq "БЛЕСК" (Parıltı) serialından dəvət alıb. Serkan adlı baş qəhrəmanı canlandıran aktyor bu yolda ona dəstək olan hər kəsə təşəkkür edib. O, həm də doğma anasının ruhunun həyatına həmişə toxunduğunu və onun sevgisini hər yerdə hiss etdiyini bildirib: "Bu bir tarixdir. Keçmişimlə, bu günüm fantastik şəkildə fərqlidir. Gələcəyi isə kosmik şəkildə etmək üçün əlimdən gələni edəcəm. Bu tək mənim uğurum deyil. Anamın ruhunun mənə verdiyi gücün uğurudur. Uşaqlıqdan mənə dəstək olan, əlimdən tutan insanların uğurudur. Keçdiyim bu yol çox insanların uğurudur!" Qeyd edək ki, İVİ 65.000-dən çox film, televiziya şousu, cizgi filmi və musiqi videoları daxil olmaqla, lisenziyalı video məzmunu təklif edən Rusiyanın onlayn video yayım xidmətidir. Həmyerlimiz rəngli və romantik kriminal janrda çəkilmiş layihədə türk fırıldaqçı obrazını ifa edir.
Serial «БЛЕСК» tezliklə İVİ-də. Bu dəfə Serkan".