MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin etdi - YENİLƏNİB
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib. “Report”un xəbərinə görə, bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib. Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Bununla bağlı MSK növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. 12:36 Bu gün növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.