Azərbaycanda bu sığorta şirkəti ləğv edildi
Azərbaycan Mərkəzi Bankı könüllü müraciət əsasında “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib. Mediaxeberleri.Az AMB-yə istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilib. Naxçıvan Sığorta ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.
Oxunub: 517
Xəbəri paylaş
Paylaş: