Erməni əsirliyindən azad ediləcək Aqşin Bəbirovun atası: “Sevincimizin həddi-hüdudu yoxdur” - VİDEO
“Xəbəri eşidəndən sevincimizin həddi-hüdudu yoxdur. Əmin idim ki, prezidentimiz uşaqları orda qoymayacaq”. Bu fikirləri erməni əsirliyindən azad ediləcək Aqşin Bəbirovun atası deyib. O, sevincini prezident İlham Əliyevə təşəkkür edərək ifadə edib: “Bir ümid işığı gözləyirdik, onu da prezidentimiz etdi. Minnətdarlığımızı bildiririk!” Aqşin Bəbirovun atasının sözlərinə görə, oğlunun azadlığa çıxma xəbərini öyrəndikdən sonra qaçaraq evə gəlib. Ətraflı Baku TV-nin süjetində:
Oxunub: 376
Xəbəri paylaş
Paylaş: