Adi missiya QIRĞINA ÇEVRİLDİ: təsadüfən kənd vuruldu, 85 nəfər öldü
Nigeriya ordusunun pilotsuz uçan aparatının (PUA) hücumu nəticəsində Kaduna əyalətinin şimal-qərbindəki bir kəndə təsadüfən ən azı 85 mülki şəxs həlak olub. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə "Dnecnik" məlumat yayıb. Prezident Bola Əhməd Tinubu çərşənbə axşamı silahlı qrupları hədəf alan pilotsuz təyyarələrdən birinin bazar günü sakinlər müsəlmanların bayramını qeyd etdiyi vaxt Tudun Biri kəndini təsadüfən vurduğunu etiraf etdikdən sonra araşdırma aparılmasına göstəriş verib. Hərbçilər itki ilə bağlı heç bir rəqəm açıqlamasa da, yerli sakinlər çoxu qadın və uşaq olmaqla 85 nəfərin öldüyünü bildirib. Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi (NEMA) indiyədək 85 nəfərin dəfn olunduğunu, daha 66 nəfərin isə xəstəxanada müalicəsinin davam etdirildiyini açıqlayıb. Nigeriya silahlı qüvvələri on ildən artıqdır ki, cihadçılarla toqquşduqları ölkənin şimalında silahlı qruplarla döyüşmək üçün tez-tez hava hücumlarından istifadə edir.