Azərbaycan Ordusu bu istiqamətdə geri çəkilib? - Xaçatryan
Azərbaycan Silahlı Qüvvələri Cermuk istiqamətində möhkəmlənərək, mühəndislik işlərini davam etdirir. Mediaxeberleri.AZ xəbər verir ki, bu sözləri Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan deyib. Xaçatryan o vaxtkı Baş Qərargah rəisi Edvard Asryanın Azərbaycan Silahlı Qüvvələrinin bir sıra ərazilərdə mühasirəyə alındığı və zaman keçdikcə kommunikasiyaları kəsildiyi üçün geri çəkiləcəyi barədə vaxtilə verdiyi bəyanatı şərh edib. Xaçatryanın sözlərinə görə, düşmən heç yerə getməyib, əksinə, o, ancaq öz mövqelərini möhkəmləndirir, mühəndis konstruksiyalarını ucaldır, taktiki mövqelərini təkmilləşdirir. Qeyd edək ki, Xaçatryan 2021-ci ilin fevralında nəşrlərdən birinə müsahibəsində Paşinyanın 44 günlük müharibə zamanı “İsgəndər” raketlərinin yalnız 10%-nin partladığı ilə bağlı dediyi ifadəni tənqid etdikdən sonra tutduğu vəzifədən uzaqlaşdırılıb. General baş nazirin sözlərini qeyri-peşəkar hesab etmişdi.