Məktəblinin qətlinə görə 6 nəfər saxlanıldı
İrkutskda məktəblinin dayanacaqda qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə 6 nəfər saxlanılıb. Mediaxeberleri.AZ xəbər verir ki, müvafiq məlumat Rusiyanın İrkutsk vilayəti üzrə SUSK-nun Telegram kanalında dərc olunub . “Ümumilikdə 6 nəfər müstəntiqlərə gətirilib. Qətl silahı (bıçaq) götürülüb”, - məlumatda deyilir. Daha əvvəl bildirilmişdi ki, on beş yaşlı məktəblini öldürənlər alkoqol və narkotikin təsiri altında ola bilərlər. Müstəntiqlər bu versiyanı yoxlayırlar. Əsas şübhəli şəxs polisin yeniyetmələrlə iş üzrə idarəsində qeydiyyatda olan şəxsdir O, əvvəllər münaqişələrin təhrikçisi olub. Onu dostu ilə birlikdə cinayət yerindən 200 kilometr aralıda saxlayıblar.
Oxunub: 503
Xəbəri paylaş
Paylaş: