Nar bütün xəstəlikləri müalicə edir
Bir meyvə bütün cəbhələrdə mübarizə apara bilər. Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, avropalı alimlər "Nutrients" dərgisində elmi məqalədə hər dərdə dərman meyvəni açıqlayıblar. Nar hazırda xronikləşən 3 əsas xəstəliyin dərmanı ola bilər: II tip diabet, piylənmə və metobolik sindrom. Çünki məhz bu xəstəlik buketi təzyiq, infarkt, insult və ürək-damar problemlərinə səbəb olur. Nar maddələr mübadiləsinin pozulması, qanda şəkərin artmasının qarşısını alır. Hətta diabet artıq olsa da, xəstəliyi zəiflədir. İkincisi, o qanda yağ, xolesterin, lipidi salır, damar tıxanması və qan qatılaşmasının qarşısını alır. Nar polifenollarla zəngindir, o antioksidant təsiri ilə müalicə edir. Gündə 50 ml nar şirəsi arterial təzyiqi salır. Ona görə nar superfud hesab edilir.