Bu ölkədə yer yerindən oynadı - Sunami təhlükəsi var
Filippinin sahilində 7,5 maqnitudalı zəlzələ olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb. Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi 10,6 min nəfər olan Taqbin bələdiyyəsindən 19 km şimal-şərqdə olub. Təbiət hadisəsinin ocağı 63 km dərinlikdə yerləşib. ABŞ-nin sunami xəbərdarlığı sistemi təhlükə barədə xəbərdarlıq edib.
Oxunub: 566
Xəbəri paylaş
Paylaş: