Qazaxda 28 yaşlı gənc qətlə YETİRİLDİ - FOTO
Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib. Mediaxeberleri.Az-ın Qərb bürosunun məlumatına görə, 1995-ci il təvəllüdlü Kənan Cəfərov mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onu qətlə yetirməkdə keçmiş məhkum, 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov şübhəli bilinir. O, saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 4 184
Xəbəri paylaş
Paylaş: