Həmkəndlisini AYI zənn etdi... - Kür çayında bədbəxt hadisə
Gürcüstanın Kareli bələdiyyəsində 60 yaşlarında kişi həmkəndlisi tərəfindən qətlə yetirilib. Mediaxeberleri.Az News24.az-a istiadən xəbər verir ki, hadisə ötən gün rayonun Samçevri kəndində baş verib. Yerli sakinlərin bildirdiklərinə görə, 50 yaşlarında kişi Kür çayı sahilində həmkəndlisini ayı sanıb və özünümüdafiə məqsədilə atəş açıb. Əldə olan məlumata görə, mərhum başından güllə yarası alıb və hadisə yerində ölüb. "Ata və oğul balıq gecə saatlarında balıq ovuna gediblər. Mərhumun həmin vaxt çayın sahilində olduğunu bilməyiblər. Onu ayı zənn edib silahla atəş açıblar. Gecə idi, görəndə ata birdən bunun ayı olduğunu zənn edib, özünümüdafiə məqsədilə silahla atəş açıb", - yerli sakinlər bildirir.
Oxunub: 882
Xəbəri paylaş
Paylaş: