Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto

Son xəbərlər :
  • QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
  • Coşqun Əliyev Avropa çempionu oldu
  • Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
  • NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
  • Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
  • DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
  • AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
  • DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
  • 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
  • Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
  • Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
  • Minaya düşən traktorçunun bir əli amputasiya olundu
  • DYP adından saxta cərimə mesajları göndərilir
  • Azərbaycanda taksi qiymətləri artacaq?
  • Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
  • Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
  • Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
  • Onların DSMF-yə borclarını silmək mümkün deyil...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Deyəsən, “zəmanət məktubu” icra başçısının “yola salınması”na səbəb olacaq — FOTO/FAKTLAR

  • Tarix: 20-11-2023, 10:10

Uzun müddətdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və bu şəxsin rəhbərliyi altında çalışan Gündüz Əliyevin, hətta digər vəzifə sahiblərinin adı ətrafında dolaşan söz-söhbətlər ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib.

Yəni, indi də, Zakir Fərəcovun özü və onun komandasına daxil olan şəxslərin əməlləri ilə bağlı ayrı-ayrı media qurumlarında silsilə tənqidi məqalələr yayımlanır, qol qoyulan qanunsuzluq əməllərinin mahiyyəti geniş ictimaiyyətin diqqətinə çatdırılır və müvafiq tədbirlərin görülməsi üçün ölkə rəhbəri İlham Əliyev cənablarına müraciətlər də ünvanlanır. Təəssüf və təəccüb doğuran hal odur ki, Sumqayıt şəhər rəhbərliyinin bəd əməlləri ilə bağlı, ələlxüsus iş adamlarına qarşı qol qoyulan əməllərin araşdırılması yöndə bu günə kimi lazımi addımlar atılmayıb. Unutmaq olmaz ki, 2005-ci ildən 2015-ci ilə kimi, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olmuş və Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr, 2015-ci il tarixli Sərəncamı əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olunan Zakir Fərəcovun yarıtmaz və mötədil idarəçiliyinə qarşı, bu gün də kütləvi narazılıqlar baş alıb getməkdə davam edir. Buna əsas səbəb, adı çəkilən bu şəxsin hələ də öz çirkin niyyət və əməllərindən əl çəkməməsidir. Qeyd edək ki, Zakir Fərəcov vaxtilə Abşeronda başçı vəzifəsini daşıyarkən, onun həyata keçirdiyi idarəçiliyə, büdcə talançılığına və qol qoyduğu digər addımlarına qarşı baş qaldıran kütləvi narazılıqlar “pik nöqtə”yə çatır. Sumqayıt şəhərinə başçı təyin olunduqdan sonra isə, bu şəxsin qanunsuzluq əməllərinin miqyası sərhəd-filan tanımır. Son illər ərzində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və onun komandasına daxil olan bəzi vəzifə sahiblərinin daha çox ittiham olunmalarına əsas verən səbəblərdən biri də, şəhər ərazisində təqribən 105 hektar sahəni əhatə edən, daha dəqiq desək Dənizkənarı Bulvarda, Şəhidlər Xiyabanında, Heydər Əliyev prospektində, şəhərə girişin sağ və sol tərəfində, S. Vurğun, Nizami və C. Cabbarlı küçələrində, “Muğanbank”ın qarşısındakı parkda və digər ərazilərdə həyata keçirilən layihələrin qarşılığında ödənilməli olan pulların verilməməsidir. Əldə etdiyimiz məlumatlara görə, qeyd olunan ərazilərdə yenidənqurma və təmir-bərpa işlərini yüksək səviyyədə yerinə yetirib təhvil verən sahibkarlar düz yeddi ildən çoxdur ki, Sumqayıt ŞİH-dən almalı olduqları pullarını ala bilmirlər. Baxmayaraq ki, qarşı tərəf qeyd olunan pulların hissə-hissə ödənilməsinə razılığını verir, amma vaxt keçdikcə ŞİH-nin başçısı verdiyi vədinə xilaf çıxmaqdadır. Usandırıcı hal odur ki, bu tip layihələrin həyata keçirilməsi məqsədilə indiyə kimi dövlət büdcəsindən Sumqayıt şəhər İcra Hakimiyyətinə lazımı məbləğdə vəsaitlər ayrılsa da, icra başçısı Zakir Fərəcov, hələ də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Bu cür əməllərin varlığı onu söyləməyə əsas verir ki, icra başçısı öz idarəçiliyində daha çox “oğru qanunları”na… üstünlük verir.

Bir həqiqəti də qeyd edək ki, Prezident İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğı hər kəsin gözləri önündə olub, hətta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə mümkün dəstəyini də ifadə edib. Bəli, bütün bunlar ölkə rəhbərinin ortaya qoyduğu yanaşmanın varlığıdır. İcra başçısı Zakir Fərəcov və bu şəxsin tabeliyində çalışan digər vəzifə sahibləri isə, məhz ölkə rəhbərindən fərqli yanaşma ortaya qoyduqlarından, hal-hazırda Sumqayıtda vəziyyət dözülməz həddə çatıb. Məlumat üçün qeyd edək ki, 2016-cı ilin fevral ayından sentyabr ayına kimi olan müddət ərzində Sumqayıt şəhər bulvarının salınması, lazımi abadlıq-quruculuq işlərinin görülməsi və s. üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə sahibkarlar arasında razılaşma əldə olunur və bu məqsədlə Zakir Fərəcov sahibkarlara “yağlı vədlər” də verir. Təəssüflər olsun ki, bu yöndə verilən vədlər şəhər rəhbərliyi tərəfindən heç də öz həllini tapmır. Baxmayaraq ki, Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq, təmir-tikinti və s. bu kimi işlərin görülməsi üçün, ölkə rəhbərinin imzaladığı Sərəncamlar əsasında dövlət büdcəsindən milyonlara pul vəsaiti ayrılır və Sumqayıt Şəhər İcra Hakimiyyətinin hesabına köçürülür. Məsələn, Prezident İlham Əliyevin 13 oktyabr, 2015-ci il tarixində imzaladığı Sərəncam əsasında Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 3,7 milyon, 15 dekabr 2015-ci il tarixdə şəhərdəki çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon, 03 mart, 2016-cı ildə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon,
10 iyun, 2016-cı il tarixində şəhərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 10 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat, 27 sentyabr, 2016-cı il tarixində şəhərinin çoxmənzilli binalarının dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi üçün, 5 milyon manat pul vəsaiti ayrılır. Diqqət yetirək ki, təkcə bu iki il ərzində dövlət
büdcəsindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin hesabına külli miqdarda vəsaitlər köçürülsə də, şəhərin müxtəlif ərazilərinin, dənizkənarı bulvarın və s. qaydaya salınması işləri həyata keçirilmir. Ayrılan pul vəsaitlərinin necə, hansı məqsədlər üçün xərclənməsi də, ictimaiyyətdən gizlədilir. Qeyd edək ki, bu yöndə əldə etdiyimiz məlumatlar təkcə 2015-ci və 2016-cı illərə aid olsa da, sonrakı illərdə də, dövlət büdcəsindən lazımi məbləğdə pul vəsaitləri ayrılır.

Media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Zakir Fərəcovun 2016-cı ildən sahibkarlara 10 milyon manatdan çox pul borcu var və o, bu gün də həmin borcu ödəməkdən “vaz keçir”. Diqqət yetirmək lazımdır ki, bu şəxs borclarını ödəmək əvəzinə, borclu olduğu sahibkarlara hədələr gəlir, onları həbs etdirəcəyi ilə qorxutmağa çalışır, bəzilərini isə müəyyən yollarla ələ almağa cəhdlər göstərir. araz.az-ın əldə etdiyi digər məlumatlara görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı bu ilin fevral ayında sahibkarlarla görüş keçirir və o, onlara olan borclarını qaytaracağı ilə bağlı vəd də verir. Həmin vaxt sahibkarlar təkid edirlər ki, öz aralarında əldə etdikləri razılaşmanı yazılı formada, necə deyərlər, “zəmanət məktubu” şəklində tərtib etsinlər. Məsələnin daha eybəcər halı o olur ki, sahibkarlardan bəziləri icra başçısının verdiyi “yağlı vəd”ə inanırlar və onlar, 22 fevral, 2023-cü il tarixində, borclarının qaytarılması ilə bağlı, notariat kontorunda razılıq ərizəsinə imza da atırlar. Bununla da, sahibkarlar növbəti dəfə ŞİH başçısının “qazdığı quyu”ya düşürlər. Əslində isə, tərəflər arasında pulların hissə-hissə qaytarılacağı ilə bağlı şifahi razılıq əldə olunur. Az sonra məlum olur ki, icra başçısı sahibkarların imzaladıqları sənədi yuxarı instansiyalara təqdim edir və onun bir kimsəyə borcunun olmadığını da bildirir. Hətta, bir az da qabaqdangəlmişlik edərək: “Sahibklarlar mənə şər-böhtan atırlar!” — deməyi də, unutmur. Bu haqda məlumatlı olan sahibkarlar, dərhal, notariat kontoruna üz tuturlar və 22 fevral 2023-cü il tarixdə imzaladıqları razılıq ərizəsinin etibarsız olduğunu təsdiq etdirirlər. Elə, həmin vaxtdan da, “zəmanət məktubu” qalmaqalı getdikcə böyüyür və sanki tərəflər arasında yaşananlar İsrail-Fələstin qarşıdurmasına daha çox oxşayır. Baş verən belə bir olay sübut edir ki, cənab Fərəcov yuxarı instansiyalara “badalaq” gəlməyi bacarır. araz.az-ın əldə etdiyi digər məlumatlara görə, Sumqayıtın icra başçısı “zəmanət məktubu” olayından sonra, yuxarıların etimadını tamamilə itirir. Əslində, etimadın itirilməsinə Zakir Fərəcovun sahibkarlara borclu olması ilə deyil, məhz bu şəxsin yuxarıları aldatması ilə bağlı olur. Belə bir səbəblər üzündəndir ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Sumqayıtın səhiyyə və təhsilində həyata keçirdiyi monitoprinq zamanı üzə çıxartdığı milyonluq yeyinti faktlarını Fərəcov “nizama” sala bilmir və o, özünün “sağ əli” hesab etdiyi Gündüz Əliyevin adını istintaq materiallarından çıxarmaq istəsə də, bütün instansiyalardan rədd cavabı alır. Bəli, belə bir olaylardan sonra Zakir Fərəcova və onun komandasına tender əməliyyatlarında iştirak etmək qəti qadağan olunur. Dolaşan söz-söhbətlərə görə, verilən belə bir tapşırıqlardan sonra Fərəcov özünə sadiq olan komandasını başına yığır və o, icra başçısı vəzifəsinin formal olduğunu, heç bir sərəncam vermək səlahiyyətində olmadığını, hətta, işdən çıxarılacağı haqda sərəncam gözlədiyini də dilə gətirir. Hal-hazırda müəyyən çevrələrdə belə bir söz-söhbət də dolaşır ki, Zakir Fərəcov işdən çıxarılacağı ilə deyil, daha çox həbs oluna biləcəyindən ehtiyat edir. O, bu haqda yaxın ətrafı ilə “Kalyon” restoranında söhbət zamanı: “Bu gün heç kimə etibar yoxdur!” — da deyir.
qerar.az
Qeyd edək ki, Zakir Fərəcov Sumqayıta icra başçısı təyin olunduqdan bir qədər sonra, bu şəxsin idarəçiliyinə qarşı kütləvi narazılıqlar baş qaldırır və bütün bunların kökündə, icra başçısının şəhər ərazisində müəyyən layihə proqramlarını həyata keçirən sahibkarların, şirkətlərin, ayrı-ayrı iş adamlarının və s. “üzərinə yeriməsi”, onları minbir oyun qaydaları ilə üz-üzə qoyması olur. Bu danılmaz faktdır ki, Zakir Fərəcov başçı təyin olunduğu ilk gündən indiyə kimi, dəfələrlə şəhərin büdcəsinə milyonlarla vəsaitlər ayrılıb. Buna baxmayaraq, rəhbərlik ayrılmış vəsaitlərlə şəhərə aid problemləri həll etmək əvəzinə, əksinə, çoxsaylı problemlər yaratmaqla məşğul olub. Yəni, adı çəkilən bu şəxs daşıdığı vəzifəsinin imkanlarından yararlanaraq, şəhər ərazisində fəaliyyət göstərən əksər şadlıq saraylarından, iri marketlərdən, tikinti şirkətlərindən, bir çox ictimai-iaşə müəssisələrindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən və s. “xərac yığdırıb”. İndiyə kimi, bu şəxsin belə bir əməlləri ilə bağlı, bir sıra media qurumlarında silsilə tənqidi açıqlamalar yayımlansa da, nədənsə, bu şəxsə bir kimsə: “Qaşın üstə qara var!” — deməyi bacarmayıb. Bütün bunların acı nəticəsidir ki, 2015-ci ildən indiyə kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Zakir Fərcovun əldə etdiyi var-dövlətin həcmi milyonlarla deyil, milyardlarla hesablanır. Faktdır ki, bu şəxs hansı vəzifəsini daşıyıbsa daim vəzifəsinin imkanlarından sui-istifadə edib və özü üçün əməlli-başlıca var-dövlət qazanıb. Məsələn, əksər media qurumlarında, sosial şəbəkələrdə Zakir Fərəcovun sahib olduğu əmlakların siyahısı yayımlanır. Bir anlığa diqqət yetirək ki, bu şəxsin sahib olduğu var-dövlət, bəlkə də kiçik bir şəhərdə yaşayan sakinlərin sahib olduqları var-dövlətdən bir-neçə dəfə çoxdur. Odur ki, Zakir Fərəcovun sahib olduğu əmlakların siyahısını, bir daha, ictimaiyyətin diqqətinə çatdırırıq:

RESTORAN və OBYEKTLƏR:

— Sumqayıtda “Şahənə” şadıq sarayı;
— Novxanıda dəniz kənarında “Kalyon” restoranı;
— Yeni Bulvar ərazisində “Dəniz” restoranı;
— Sumqayıtın girişində OS- OİL;
— Sumqayıtda “İST” petrol (50% onundur)
— Sumqayıtda “Səda Store”;
— 13-cü mikr-da “Qold Qayalı” super ticarət şəbəkəsi (50% şərik);
— Sumqayıt bulvarına bitişik yaşayış massivi;
— Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı;
— Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı;
— Türkiyədə, eyni adlı “NORF” markalı içkilərin istehsalı;
— Qızının idarə etdiyi “UVENTA” gözəllik salonu, eyni adlı estetik mərkəz;
— “Kimyaçılar” sarayı qarşısındakı “Zəfəran” restoranı…

MƏNZİL və VİLLALAR:

— Qurd dərəsi və Novxanı bağlarında 6 villası;
— Corat kəndində 1 villası;
— İzmirin Kuşadasında villası;
— Sumqayıt 29-cu məhəllə, ev, 17/18, mən-6 ünvanında mənzil;
Binəqədi rayonu, Musabəyov küç., 20 ünvanında mənzil;
Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa;
— Novxanıda hektarlarla bağ sahəsi…

Zakir, həm də, tikinti maqnatıdır. Saray kəndi ilə, Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.

ŞİRKƏTLƏR:

— “Əsnayə” MMC şirkəti (kürəkəni Əkrəmindir);
-“LC-2008” MMC şirkəti (kürəkəni Müşviqindir);
–“RAMİL-2000“ Fərdi Firması (kürəkəni Müşviqindir);
— “Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur).

Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90 faizi Zakir Fərəcova məxsusdur.

Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. Araşdırmalarımız davam edəcək.araz.az xəbər portalı.




Qerar.az xəbər portalı.


Oxunub: 937
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Dünən, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    Dünən, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    Dünən, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    Dünən, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    Dünən, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Dünən, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Dünən, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Dünən, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Dünən, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Dünən, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Dünən, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Dünən, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Dünən, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Dünən, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Dünən, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Dünən, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Dünən, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Dünən, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Dünən, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Dünən, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Dünən, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Dünən, 13:48 | "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
    Dünən, 13:46 | Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
    Dünən, 13:42 | Timoteuş Puxaç “Sabah”dan gedir?
    Dünən, 13:21 | Noyabrın 12-də hava belə olacaq
    Dünən, 13:20 | Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
    Dünən, 13:19 | Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
    Dünən, 13:18 | Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
    Dünən, 13:00 | Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
    Dünən, 10:50 | Vətən müharibəsi şəhidi Elmar Omarov ildönümündə ehtiramla anılıb
    Dünən, 10:33 | Baydeni heyrətləndirən məktub: Tramp ona nələr yazıb?
    Dünən, 10:30 | Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsin cəzası azaldıldı
    Dünən, 10:24 | Əbu-Dabidə inanılmaz qarşılaşma: Sui-qəsdçi və qurban eyni masada
    Dünən, 10:18 | Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK
    Dünən, 10:10 | Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
    Dünən, 10:01 | 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
    Dünən, 09:56 | ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
    Dünən, 09:43 | Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
    Dünən, 09:34 | “Azeri Light” ucuzlaşdı
    Dünən, 09:23 | Nikol Paşinyan Türkiyədə səfərdədir
    Dünən, 09:13 | Evdə tapılan iki meyit, yaralılar və hoteldə ölü aşkarlanan şübhəli şəxs - Almaniyanı silkələyən hadisə
    Dünən, 09:06 | Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
    Dünən, 08:57 | Daha əvvəlki kimi kredit ala bilməyəcəyik – Qaydalar sərtləşdirilir
    Dünən, 08:43 | İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...
    Dünən, 08:36 | 10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? - Video
    Dünən, 08:24 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - Video
    Dünən, 08:13 | "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - Video
    Dünən, 08:01 | Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
    Dünən, 07:52 | Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.