İrəvanda kütləvi həbs: 30-dan çox əcnəbi saxlanıldı
Avro-2024-ün seçmə mərhələsinin Ermənistan yığması ilə oyunu üçün İrəvana gələn Uelsdən olan 30-dan çox futbol azarkeşi polis tərəfindən saxlanılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İrəvan polisi məlumat yayıb. “Xuliqanlıqda şübhəli bilinən 16 əcnəbi tutularaq müvafiq sənədlərlə istintaqa təhvil verilib. Daha 16 nəfər ictimai yerdə sərxoş göründüklərinə görə saxlanılıb, polis bölməsinə aparılıb və sərbəst buraxılıblar”, - deyə polisdən “24News”a bildiriblər.
Oxunub: 491
Xəbəri paylaş
Paylaş: