Yerkökü şirəsini qədərində içmək lazımdır – mütəxəssisdən məsləhət
Həkimlər həmişə pəhrizinizə mümkün qədər çox meyvə və tərəvəz, həmçinin şirələrini daxil etməyi məsləhət görürlər. Ancaq belə sağlam qidaların həddindən artıq istehlakı da sağlamlığa zərər verə bilər. Rusiyalı fitokimya mütəxəssisi və əczaçılıq elmləri namizədi İqor Sokolski kök şirəsinin də qədərində içməyi tövsiyə edir. “Yerkökün tərkibindəki karotenoidlərin tərəvəz həddindən artıq istehlak edildiyi təqdirdə orqanizm onu tam mənimsəyə bilmir. Bu, qaraciyərdə problemlərə səbəb ola bilər ki, bu da öz növbəsində karotenoid sarılığına səbəb ola bilər”, - Sokolski qeyd edib. Mütəxəssis deyir ki, bu xəstəlikdə insanın dərisi və gözlərinin ağları sarımtıl olur: “Karotenoid sarılığını müalicə etməyə ehtiyac yoxdur. Kökü yeməyi və ya şirəsini içməyi dayandıranda, o, öz-özünə keçir”. Sokolski qeyd edib ki, karotenoid sarılığına daha çox qaraciyər problemi olan insanlarda rast gəlinir. Mənbə: news.ru