“Səsin sehri” adlı kitabın təqdimatı keçirildi
18 noyabr tarixində Səttar Qarağaclının müəllifi olduğu gənc, dəyərli bəstəkar-ifaçı Çilənəy Hüsyenovanın yaradıcılığından bəhs edən, onun bəstələrinin yer aldığı “Səsin sehri” adlı kitabın təqdimatı keçirildi.Təqdimat Beynəlxalq Muğam Mərkəzində həyata keçirilib. İlk olaraq Əməkdar artistimiz Nuriyyə Hüseynova çıxış edərək qədim və dəyərli musiqimiz olan muğamın inkişafından və dəyərlərimizdən bəhs edib. Yazgül Abdıyeva bildirib ki, Çilənay fəal gənclərimizdəndir və o, gənc yaşdan gözəl mahnılar, şeirlər bəstələyir. Onu təbrik edir, yaradıcılığında uğurlar arzulayıram. Kitabın ərsəyə gəlməsində isə Səttar Qarağaclıya təşəkkürümü bildirirəm. Qeyd edim ki, Milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən bir çərçivədə təbliği bizim əsas məsələlərdən biridir. Həmçinin qeyd etmək istərdim ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin təbliği ilə həm də muğamımızın, musiqilərimizin inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır. Bizim musiqilərimiz nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da təbliğ olunur, rəğbətlə qarşılanır. Bizim bir çox musiqi və bəstələrimiz qələbə ruhludur. Bu bəstələr bizim qəlbimizi oxşayır. Xüsusilə gənclərin milli ruhda tərbiyə olunması üçün zəmin yaradır. Belə qələbə, vətənpərvərlik ruhlu mahnılarımızın ərsəyə gəlməsində bilavasitə bizə fəxarət hissi yaşadan Ali Baş Komandanımız İlham Əliyevə, Qüdrətli Ordumuza və birlik olan Xalqımıza təşəkkür edirəm. Vətən uğrunda şəhid olanlara rəhmət diləyirəm. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Xalqı! Mənəvi aləmimizi zənginləşdirən, birliyimizi təmin edən milli sərvətlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur.
Musiqimiz də bizim qorumalı olduğumuz milli-mənəvi dəyərlərimizdəndir.