MN: Ermənilərin yaydığı bu məlumat tamamilə yalandır
Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Mediaxeberleri.Az-a Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. "Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", - məlumatda vurğulanıb.
Oxunub: 439
Xəbəri paylaş
Paylaş: