Qusarın Nəriman Nərimanov adına Mərkəzi Mədəniyyət və İstirahət Parkı - VİDEO
Azərbaycanın şimalında, Qusar şəhərində yerləşən Nəriman Nərimanov adına Mərkəzi Mədəniyyət və İstirahət Parkı ölkədə ən qədim parklardan sayılır. 1853-cü ildə yaradılan bu park on il sonra Azərbaycanın ən yaxşı parkı adına layiq görülüb. Bu parkın əsas üstünlüyü onun zəngin florası və buradakı nəhəng ağaclardır. İsti aylarda yaşıl dona bürünən park qarlı qış günlərində də öz gözəlliyi ilə diqqət çəkir. Ərazisi üç hektardan çox olan Qusar Mədəniyyət və İstirahət parkında Azərbaycan yazıçısı, ictimai və siyasi xadim Nəriman Nərimanovun heykəli ucaldılıb. Daha ətraflı Baku TV-nin süjetində:
Oxunub: 723
Xəbəri paylaş
Paylaş: