Azərbaycan idmançıları Qazaxıstanda yeddi medal qazanıblar
Azərbaycan idmançıları Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında yeddi medal qazanıblar. Mediaxeberleri.Az-ın məlumatına görə, milli üzvləri 3 qızıl, 2 gümüş, 2 bürünc medala yiyələniblər. Cüdoçu Ramilə Əliyeva (48 kq), sərbəst güləşçilər Camal Abbasov (61 kq) və Sabir Cəfərov (70 kq) Universiadanın qalibi olublar. Sərbəst güləşçilərdən Aydın Əhmədov (125 kq) ikinci, Sahib Dadaşov (79 kq) üçüncü yeri tutublar. Cüdoçulardan isə Eltac Yusifli (66 kq) fəxri kürsünün ikinci, Elcan Şəfiyev (81 kq) isə üçüncü pilləsinə qalxıblar.
Oxunub: 3 261
Xəbəri paylaş
Paylaş: