Türkiyədə SEL FƏLAKƏTİ: ölənlərin sayı artdı - YENİLƏNDİ
Türkiyənin Aydın vilayətində leysan yağışları selə səbəb olub. Söke, Koçarlı və Karpuzlu rayonlarında çaylar daşıb, yaşayış məntəqələrini su basıb. Məlumata əsasən, Söke rayonunda 3 nəfər sel nəticəsində ölüb, 1 nəfər isə iktin düşüb. Seldən zərər çəkmiş bölgələrə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), jandarma və polis əməkdaşlarının cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. Qeyd edək ki, bundan əvvəl hadisə nəticəsində 2 nəfərin ölməsi barədə məlumat verilib. xxx 12:24 Türkiyənin Aydın vilayətində sel nəticəsində 2 nəfər ölüb. Ötən gecədən başlayan güclü yağış Söke, Koçarlı, Karpuzlu və Çine rayonlarında selə səbəb olub. Məlumata əsasən, sel nəticəsində iki nəfər iktin düşüb. Onların axtarışları davam edir.
Oxunub: 250
Xəbəri paylaş
Paylaş: