Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri

Son xəbərlər :
  • Ermənistandan azərbaycanlı çobanın sərhədi keçməsinə rəsmi münasibət
  • ÇL: Bugünkü oyunlara hansı kanallarda baxaq?
  • Kirayə mənzil mexanizmindən istifadə şərtləri dəyişdi - 3 il sonra mümkün olacaq
  • “Nərimanov” metrosunun hər tərəfi qazıldı - Foto
  • Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü
  • Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin əziz xatirəsi ehtiramla yad edilib
  • Azərbaycanlı çoban Ermənistana necə keçib? - TƏFƏRRÜAT
  • DÖVLƏT İŞİ, YOXSA ÖZƏL SEKTOR?... – Hansında maaş yüksək, gələcək daha etibarlıdır?
  • Ədliyyə Nazirliyinin idarə rəisi: "Bələdiyyələr potensiallarından düzgün istifadə etmirlər"
  • Milyonluq mənimsəmə işi: Sabiq rəis və sektor müdirinə ağır cəza istənildi - Foto
  • Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib
  • Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi
  • Naxçıvanda Cavid Ağaməliyev saxlanıldı - FOTO
  • “QHT işi” üzrə ittiham olunan Zamin Zəki yenidən məhkəmə qarşısında
  • Rusiyanın qızıl ehtiyatları sürətlə azalır – Səbəb
  • Noyabrda 5 günlük tətil olacaq
  • Bakıda milyonluq dələduzluq: şirkət rəhbəri saxlanıldı
  • Sabah leysan yağacaq
  • Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT-yə çağırış etdi
  • UEFA Çempionlar Liqası: "Qalatasaray" "Lill"ə, "Arsenal" "Bavariya"ya qarşı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sevdiyi qızın videosunu dostunun telefonunda görən gəncdən dəhşətli əməl

  • Tarix: 5-11-2023, 11:30

Cəlilabad rayonunda 2003-cü il təvəllüdlü Loğman həmkəndlilləri - Cəlal və onun əmisi oğlu Kazımı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Mediaxeberleri.Az teleqraf.com-a istinadən xəbər verir ki, Loğman yetkinlik yaşına çatmadığı dövrdə həmkəndlisi Cəlalın mobil telefonunda özündən xəbərsiz sevdiyi qızın da görüntüləri olan videonun olduğunu öyrəndikdə həmin vedoçəkilişi mobil telefondan silməsi ilə bağlı 30 sentyabr 2021-ci ildə Cəlilabad rayonunun kəndi ərazisində söhbət edib.

Daha sonra hərə öz evinə gedib. Loğman Cəlalın videogörüntünü silməkdən imtinasını götür-qoy edib. Bunu özü üçün qəbuledilməz sayıb və onu öldürmək qərarına gəlib.

Bu məqsədlə həmin gün saat 21 radələrində mətbəx bıçağı götürüb və üzərində gizlədib. O, Cəlalın yaşadığı evə gedib.

Loğman darvazadan içəri daxil olub, həyətdə ona tərəf gələn Cəlala videogörüntünü silməkdən imtinasını bəhanə gətirirərək bıçaqla onun qarın nahiyəsinə vurub. Qaçaraq uzaqlaşan Cəlalın ardınca düşərək ona daha bir neçə bıçaq zərbəsi endirib.

Həyətdə Cəlalın qohumu Kazım ona mane olmaq istəyib. Loğman Kazımın da bel nahiyəsinə bıçaqla bir zərbə vurub. Hər iki yaralı vaxtında xəstəxanata çatdırıldığı üçün həyatlarını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Loğmanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxslər - Cəlal və Kazım həmkəndliləridir, onlarla münasibəti həmişə yaxşı olub, ədavət və düşmənçilikləri yoxdur: "Bundan başqa, həmkəndlim Əsədlə qohumluq münasibətim də var.

2021-ci il sentyabrın əvvəllərində kənd ərazisində Əsədlə rastlaşdım. Söhbət edərkən telefonda oyun oynamaq üçün mobil telefonumu istədi. Telefonumu ona verdim. Vaxt keçirmək üçün özüm də Əsədin telefonunu götürdüm. Əsədin telefonuna baxarkən yaşadığım kənddə kiminsə xınayaxma məclisində çəkilmiş videogörüntüdə sevdiyim qız Leylanın kadrda olduğunu gördüm.

Həmkəndlim Leylanı sevsəm də, qızın bundan xəbəri yoxdur. Həmin vaxt gördüyüm video ilə bağlı Əsədə heç nə demədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət Əsədlə bir yerdə olduqdan və telefonları bir-birilərinə qaytardıqdan sonra sağollaşaraq ayrılıblar: "3-4 gün sonra Əsədlə kənd ərazisində yenə rastlaşdım. Telefonunda olan xınayaxma məclisindəki videonu kiməsə verib-vermədiyini soruşdum. Videonun yalnız Cəlalda olduğunu dedi. Nəyə görə videonu soruşduğumu Əsəd bilmədi. Başqa bir söz demədən ondan ayrıldım.

Uzaqlaşdıqdan az sonra sevdiyim qızın, yəni Leylanın göründüyü videonun Cəlalda olması mənə pis təsir etdi, narahatlıq keçirdim. Leyla Cəlalın qohumu olduğun üçün ona video ilə bağlı nəsə deməyə də çətinlik çəkdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, 30 sentyabr 2021-ci ildə, axşam saatlarında sevdiyi qızın olduğu video ilə bağlı Cəlala deməyi qərara alıb: "İstədim ki, Cəlal telefonundakı videonun silsin. Əvvəlcə Cəlala zəng vurdum, yerini soruşdum. Evdə olduğunu bildirəndə yaşadığı evin qarşısına getdim. Onu küçəyə çağırdım. Əsədin telefonunda xınayaxdıda çəkilən videonu gördüyümü, həmin videoda sevdiyim qız Leylanın da düşdüyünü, buna görə videonu silməsini istədim.

Cəlal mənə dedi ki, get, sonra bu barədə söhbət edərik. Razılaşaraq oranı tərk etdim".

Loğmanın sözlərinə görə, Cəlal həmin gün saat 19 radələrində söhbət etmək üçün ona zəng vurub və onlar kənd ərazisində görüşüblər: "Cəlal video ilə bağlı mənimlə sakit tərzdə söhbət etdi. Leyla ilə qohum olduğunu xatırlatdı, bu videoda başqa bir şey göstərilmədiyiniı, belə bir şeyi ona deməyimin yanlış olduğunu bildirdi. Cəlalı başa düşdüm və sağollaşaraq ondan ayrıldım.

Yaşadığım evə qayıtdıqdan sonra yenə də video məsələsini fikirləşdim. Videonun Cəlalda qalmasını və onun videonu silməkdən imtina etməsini qəbul edə, özümə sığışdıra bilmədim. Bu səbəbdən qərara gəldim ki, Cəlalı cəzalandırım".

Loğman qeyd edib ki, sentyabrın 30-da saat 21 radələrində həyətlərində olan ərzaq mağazasına gedib və mətbəx bıçağı alaraq cibinə qoyub: "Sonra Cəlalgil tərəfə getdim. Onların evinə çatmağa az qalmış Cəlalın mobil telefonuna zəng vurdum. Onu küçə qapısının yanına çağırdım. Mən həyət qapısına çataraq içəri girdim.

Həyətdə Cəlal və əmisi oğlu Kazım birlikdə mənə yaxınlaşdı. Həmin vaxt Cəlalın dayısı oğlu Vaqif də həyətdə idi.

Cəlal mənə yaxınlaşıb nə baş verdiyini soruşdu. Ona heç bir söz demədim. Əsəbimdən danışa bilmirdim. Şalvarımın cibindən bıçağı çıxarıb Cəlalın qarınına vurdum. O, evə tərəf qaçmağa başladı. Arxasınca qaçdım, ona çataraq bıçaqla bir neçə dəfə də vurdum. Cəlal yerdən taxta parçası götürüb başıma vurdu. Daha da əsəbiləşdim, onu yenidən bıçaqla vurmaq istədim. Lakin Cəlalın əmisi oğlu Kazım məni arxadan qucaqlayaraq mane oldu. Kazıma məni buraxmasını desəm də, qulaq asmadı.

Kazımın məni buraxmadığını gördükdə onu özümdən kənarlaşdırmaq üçün əlimdəki bıçaqla qarnını vurdum. Bundan sonra Kazım məni buraxdı".

Loğman qeyd edib ki, evin qarşısında yerə yıxılmış Cəlala yaxınlaşıb, üzərində oturaraq onun bədəninə daha bir neçə bıçaq vurub: "Cəlal əlləri ilə itələyərək məni üzərindən kənarlaşdırmaq istəsə də, bıçaqla bir neçə dəfə vura bildim. Sonra səs-küyə Cəlalın anası Almaz evdən çıxdı. Qışqıraraq mənə yaxınlaşdı və Cəlalı vurmağıma mane oldu. Bıçaqla vurmağı saxladım.

Cəlalı vurarkən onun anası Almaza heç bir söz deməmişəm. Ona "tutma məni, onu öldürəcəm" deməyimi isə xatırlamıram.

Sonra həyətdən çıxdım, bıçağı hasarın yanına ataraq evimizə yollandım. Hadisəni törətdikdən az sonra kənd yoluna çıxdım və əmim Davuda zəng etdim. Ona hadisəni danışdım, olduğum yeri dedim. Əmimdən məni götürərək polis şöbəsinə aparmasını xahiş elədim.

Az sonra əmim maşınla kənd yolunda olan avtobus dayanacağına gəldi. Birlikdə rayon polis şöbəsinə getdik".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Loğman 9 il müddətinə azadlıqdan məhrum edilib.


Oxunub: 900
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:30 | Ermənistandan azərbaycanlı çobanın sərhədi keçməsinə rəsmi münasibət
    Bu gün, 17:25 | ÇL: Bugünkü oyunlara hansı kanallarda baxaq?
    Bu gün, 16:38 | Kirayə mənzil mexanizmindən istifadə şərtləri dəyişdi - 3 il sonra mümkün olacaq
    Bu gün, 16:35 | “Nərimanov” metrosunun hər tərəfi qazıldı - Foto
    Bu gün, 16:33 | Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü
    Bu gün, 16:15 | Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin əziz xatirəsi ehtiramla yad edilib
    Bu gün, 15:55 | Azərbaycanlı çoban Ermənistana necə keçib? - TƏFƏRRÜAT
    Bu gün, 14:14 | DÖVLƏT İŞİ, YOXSA ÖZƏL SEKTOR?... – Hansında maaş yüksək, gələcək daha etibarlıdır?
    Bu gün, 14:11 | Ədliyyə Nazirliyinin idarə rəisi: "Bələdiyyələr potensiallarından düzgün istifadə etmirlər"
    Bu gün, 14:08 | Milyonluq mənimsəmə işi: Sabiq rəis və sektor müdirinə ağır cəza istənildi - Foto
    Bu gün, 14:02 | Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib
    Bu gün, 14:00 | Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi
    Bu gün, 13:53 | Naxçıvanda Cavid Ağaməliyev saxlanıldı - FOTO
    Bu gün, 13:26 | “QHT işi” üzrə ittiham olunan Zamin Zəki yenidən məhkəmə qarşısında
    Bu gün, 13:11 | Rusiyanın qızıl ehtiyatları sürətlə azalır – Səbəb
    Bu gün, 13:09 | Noyabrda 5 günlük tətil olacaq
    Bu gün, 13:08 | Bakıda milyonluq dələduzluq: şirkət rəhbəri saxlanıldı
    Bu gün, 13:07 | Sabah leysan yağacaq
    Bu gün, 08:14 | Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT-yə çağırış etdi
    Bu gün, 08:08 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Lill"ə, "Arsenal" "Bavariya"ya qarşı
    Dünən, 22:36 | "Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Video
    Dünən, 21:54 | İmran Əliyevə 12, Elgiz Qəhrəmana isə 11 il iş istənildi
    Dünən, 21:52 | Bu yol bağlı olacaq
    Dünən, 21:50 | "Sabah" - "Borussiya" matçında ikinci qol - Canlı
    Dünən, 20:40 | BP Xəzərdə tikinti işlərinə başladı
    Dünən, 20:36 | "Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı
    Dünən, 20:34 | Şans birdən onlara tərəf dönəcək: üç BÜRC, çox yaxşı dəyişikliklərə hazır olun
    Dünən, 20:20 | Bakıda şadlıq sarayı 12 milyona satışa çıxarıldı
    Dünən, 20:18 | Hörmüzdə neft tankeri yandı
    Dünən, 17:18 | Ermənistana xəbərdarlıq: Pul köçürmələri iki dəfə azalacaq
    Dünən, 16:54 | Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
    Dünən, 16:37 | İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib
    Dünən, 16:30 | Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
    Dünən, 16:28 | Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut
    Dünən, 16:20 | Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər
    Dünən, 16:12 | Bu gün pulsuz avtobuslar işləyəcək - Saat 17:00-dan...
    Dünən, 16:10 | Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu
    Dünən, 16:09 | Heyvandarlıq təsərrüfatlarına yeni subsidiyaların verilmə şərtləri açıqlandı
    Dünən, 16:07 | Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut
    Dünən, 16:05 | Prezident sərəncam imzaladı
    Dünən, 15:10 | Qazaxda 20 Oktyabr - Energetiklər Günü qeyd olunub
    Dünən, 14:45 | Sumqayıtda 21 şagirdin nədən zəhərləndiyi məlum oldu
    Dünən, 14:43 | Türkiyə millisinin baş məşqçisi bəlli oldu – Rəsmi
    Dünən, 14:42 | “Yelo Bank”dan əmanətçilərə PİS XƏBƏR - Faizlər KƏSKİN ENDİRİLDİ
    Dünən, 14:24 | Xəzərdən həyəcan təbili: Abşeron və Qızılağac ətrafında...
    Dünən, 14:16 | Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
    Dünən, 14:13 | Bakıda bu ərazidə 10-cu mikrorayon salınır?
    Dünən, 14:10 | Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır
    Dünən, 13:51 | Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü
    Dünən, 13:33 | Ukrayna “Drujba” neft kəmərini vurdu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.