Dünya çempionatı: Minifutbol millimiz yarımfinalda uduzdu
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb. Mediaxeberleri.Az report-a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub. Azərbaycan millisi üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
Oxunub: 354
Xəbəri paylaş
Paylaş: