Fərman Qəhrəmanov, Mediaxeberleri.Az üçün
Azərbaycanda bir kənd var.
Qazağın Məzəm kəndi . Bu kənd Azərbaycanda ermənilərin atəş xətti ilə azərbaycan sərhəd qoşunlarının atəş xəttləri arasında yerləşir. Erməni əsgərlərinin səngərdəki səsləri bu kənddə aydın eşidilir. Məzəmlilər gələn səslərin ahəngindən, onların yeyib içdiklərini və kefli olduqlarını duyub həmin gün ayıq davranırlar. Bu kəndin sakinlərini, bu kritik vəziyyətdə saxlayan onların mehribanlığı və birliyidir. Əgər bir adam ev tikdirirsə, bütün kəndin sakinləri yığışıb, həmin şəxsə kömək edirıər.
Əgər bir evdə toy olursa, bütün kənd böyüklü-kiçikli həmin toyda iştirak edir.
Bu kənddə dəvətnamə paylamırlar evlərə.
Bu kənddə bir dəvətnamə yazılır və kəndin mərkəzindəki çinar ağacının üzərinə yapışdırılır.
Bu qoca çinar ağacı 50 ildir bu kəndin bütün toylarının carçısıdır. Birinci olaraq kəndin bütün adamları bu ağacdan evlənənlərin adlarını oxuyub onlara xoş arzularını və diləklərini bildiriblər.
Biz də bu yeni evlənənlərə xoşbəxt olsunlar deyək. Qazağın işğalda olan 7 kəndinin də qayıtmasını tezliklə görək .Orada da hər kəndin öz dəvətnamə ağacında ilk toy dəvətnaməsini görək.
Qeyd: Qonşu Cəfərli kəndindəki o, dilək ağacı məsələsi ola bilər ki, belə imiş . Təki belə olsun .
Ancaq bilirəm ki, məzəmlililər pir axtaran camaat deyil. Çünki orada yaşayan hər kəsin içində bir pir gizlənir.
Oxunub: 2 336
Xəbəri paylaş
Paylaş: