143 milyonluq mənimsəmə: Nəcməddin Sadıqovla bağlı araşdırma başladı
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb. Mediaxeberleri.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, onlarla bağlı istintaq orqanında araşdırma aparılır. Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıqovla bağlı vəsatət qaldıracaqlar. Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.