Hikmət Hacıyev TDT-in Baş katibi ilə görüşüb
Sentyabrın 2-də İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin binasında TDT-nin Baş katib Kubanıçbek Ömüraliyev Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb. Bildirilir ki, görüş zamanı K.Ömüraliyev və H.Hacıyev TDT-nin gündəliyində duran məsələləri və qarşıdan gələn TDT tədbirlərinə hazırlıq işlərini müzakirə ediblər. Tərəflər türk dünyasında baş verən son hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: