Keçmiş əri tərəfindən öldürülən Pərvanənin qətlinin TƏFƏRRÜATI - YENİLƏNİB + VİDEO
Keçmiş əri tərəfindən öldürülən 36 yaşlı Pərvanə Məhərrəmovanın qətlinin yeni detalları məlum olub. Qətli törədən 41 yaşlı Zamin Tanrıverdiyev tanışı olan və hadisə günü onu yolda görən Ülvi Orucov Baku TV-yə açıqlama verib. “Mağazadan gələndə yolda qarşılaşdıq. Əlində böyük bir bıçaq var idi. Ondan soruşdum ki, “nə baş verib?”, o, cavab verdi ki, “yoldaşımı öldürmüşəm”. Onlar üç il bundan öncə boşanıblar. Daha sonra Pərvanənin guya əxlaqsız olduğu ilə bağlı söz-söhbətlər dolaşırdı”, - deyə Ü.Oruvoc bildirib. Qeyd edək ki, Zamin Tanrıverdiyev bir neçə il əvvəl Pərvanə Məhərrəmovanın atasını da bıçaqlayıb. Ətraflı süjetdə: 27.10.2023, 14:44 Keçmiş əri tərəfindən öldürülən 36 yaşlı Pərvanə Məhərrəmovanın qətlinin təfərrüatı məlum olub. “Trend”in əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda baş verib. Belə ki, Pərvanə Məhərrəmovanı öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 41 yaşlı Zamin Tanrıverdiyev hadisəni qısqanclıq zəminində törədib. Məlumatlara görə, cütlük bir neçə il əvvəl ayrılıb. Boşanandan sonra Pərvanə Məhərrəmova iki qızı ilə kirayədə yaşayıb. Dırnaq ustası olan Pərvanə Məhərrəmova yaşadığı yerin yaxınlığında olan salonda işləyib.