Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Şöbə müdiri: “İnsanlarda əksər hallarda miokard infarktının anginoz variantına rast gəlinir” - MÜSAHİBƏ + FOTO

  • Tarix: 23-10-2023, 14:05

“İnsanlarda 80-90% hallarda miokard infarktının anginoz variantına rast gəlinir”.

Bunu Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Mədinə Əzimova nazirliyin rəsmi saytına müsahibəsində deyib.



Onunla müsahibəni təqdim edirik:

- Mədinə xanım, öncə miokard infarktı haqqında məlumat verərdiniz...

- Miokard infarktı - ürək əzələsinin işemik nekrozudur və qan dövranının kəskin pozulması nəticəsində əmələ gəlir. Bu zaman ürək əzələsinin müəyyən bir nahiyəsinə gələn qan axınının kəsilməsi nəticəsində həmin nahiyədə hüceyrələrin məhvi baş verir.

Bir çox hallarda miokard infarktının baş verməsinin səbəbi koronar arteriyaların aterosklerozudur. Lakin 5-25% hallarda koronar arteriyaların emboliyası (infeksion endokardit, mədəcikdaxili tromb), digər xəstəliklər zamanı damarların zədələnməsi (qırmızı qurdeşənəyi, revmatizm, revmatoid artrit nəticəsində əmələ gələn koronaritlər), tac damarların anadangəlmə defektləri və s. səbəbdən də miokardın infarktı baş verə bilər.

Burada ən çox rast gəlinən qeyri-obstruktiv koronar arteriya xəstəliyi nəticəsində baş verən miokard infarktıdır (“Myocardial infarction with non-obstructive, coronary arteries”; MINOCA).

- Bəs MINOCA infarktının əlamətlərinin damarların tutulması ilə keçən miokard infarktından fərqi nədir?

- MINOCA infarktı olan xəstələrdə gözlə görünən bütün koronar damarlar açıqdır və aterosklerotik lövhələr və ya tromblar da yoxdur. Ancaq adından da göründüyü kimi, bu, miokard infarktıdır.

Koronar damarların tıxanması olmayan miokard infarktı ilə simptomlar eynidir. Koronar angioqrafiya zamanı dəyişikliklər gözlə görünməyən çox kiçik damarlarda olur.

Bu kiçik arteriyalar kortəbii şəkildə partlaya, orada qan laxtaları yarana bilər. Bu zaman koronar arteriyaların kəskin daralması baş verir.

MINOCA infarktının baş verməsində mühüm rol oynayan spastik stenokardiyalar damarların obstruksiyası zamanı baş verən stenokardiyalardan fərqli olaraq qısa təsirli nitratların qəbulu ilə daha tez keçir.

- Doktor, MINOCA infarktı hansı səbəblərdən baş verə bilər?

- Qeyri-obstruktiv koronar arteriya xəstəliyi nəticəsində baş verən miokard infarktı aşağıdakı səbəblərdən ola bilər:

- Epikardial arteriyaların zədələnməsi (aterosklerotik düyünlərin dağılması, eroziya və xoralaşma);

- Koronar arteriyaların spazmı. Bu həm endogen (məsələn, stres zamanı baş verən stenokardiya nəticəsində), həm də ekzogen təsirlərdən (məsələn, damardaraldıcı vasitələrin təsiri nəticəsində) meydana çıxa bilər;

- Narkotik vasitələrin (kokain, metamfetamin və s.) təsirindən;

- Koronar damarların endotelinin disfunksiyası zamanı damarın bir və ya bir neçə hissəsində baş verən spazmlardan;

- Miokardit və kardiomiopatiya zamanı.

Koronar qan dövranının kəsilməsi və ya kəskin məhdudlaşması “ağırlaşmış” aterosklerotik düyünün olduğu nahiyədə koronar arteriyanın trombozu nəticəsində baş verir. Düyünün incəlmiş kapsulu zədələnir (yırtılır, xoralaşır, düyünün lipid nüvəsinin üstü açılır), əvvəlcə “ağ” divaryanı tromb əmələ gəlir, damarların spazmı daralmış damar mənfəzini bir az da daraldır.

Tədricən trombun ölçüləri böyüyür, əgər spontan lizis (ərimə) baş verməzsə və ya trombolitik terapiya aparılmazsa, tromb damarın mənfəzini tamamilə tutur və həmin damar şaxəsinin qidalandırdığı nahiyədə miokard hüceyrələrinin nekrozu (ölümü) baş verir.

- Bəs xəstəlik hansı klinik əlamətlərlə özünü büruzə verir?

- Demək olar ki, 80-90% hallarda miokard infarktının anginoz variantı rast gəlinir. Xarakter şikayət döş sümüyü arxasında ağrıdır. Bu ağrı stenokardiya tutmasından fərqlidir, daha güclü, əzabverici olub, sıxıcı, təzyiqedici, yandırıcı, göynədici xarakterlidir, ölüm qorxusu ilə müşayiət olunur.

Əksər xəstələrdə ağrı sindromunun pik vəziyyətində kəskin damar çatışmazlığının əlamətləri görünə bilər (intensiv tərləmə, başhərlənmə, kəskin halsızlıq, taxikardiya, ətrafların soyuması, arterial təzyiqin enməsi və s.). Həmçinin, təngnəfəslik və ritm pozğunluqları, kəskin dövrdə bədən temperaturunun yüksəlməsi də müşahidə oluna bilər.

Miokard infarktının klinik olaraq anginoz, astmatik, abdominal, aritmik, serebrovaskulyar və simptomsuz variantları mövcuddur.

- Qeyri-obstruktiv koronar arteriya xəstəliyi nəticəsində baş verən miokard infarktının diaqnostikası və müalicəsi necə aparılır?

- Diaqnoz xəstənin şikayətlərinə və instrumental-laborator müayinələrin nəticəsinə əsasən qoyulur. Elektrokardioqram (EKQ) və exokardioqram (ExoKQ) müayinələrinin aparılması mütləqdir. Həmçinin, xəstəyə döş qəfəsinin rentgenoqrafiyası, koronar angioqrafiya, ürəyin MRT müayinəsi olunmalıdır.

Miokard infarktlı xəstələrdə, eləcə də MINOCA infarktlı xəstələrdə diaqnozun qoyulmasında qanın laborator müayinəsi - miokardın nekroz markerlərinin təyini mütləqdir.

Müalicə ən qısa zamanda damar mənfəzinin açılmasına, sonrakı tromb əmələ gəlmənin qarşısının alınmasına, nekroz ocağının və infarktətrafı zonanın məhdudlaşdırılmasına, infarktın ağırlaşmalarının aradan qaldırılmasına əsaslanır. Ağrının başlanmasından ən çox 6-12 saat ərzində xəstə stasionara çatdırılmalı və koronar angioqrafiya olunaraq miokardın reperfuziyası (qan təchizatının bərpa olunması) həyata keçirilməlidir.

- Sonda MINOCA infarktının proqnozu və profilaktikası ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Xəstəliyin proqnozu pasiyentin stasionara nə qədər tez çatdırılmasından asılıdır. Erkən başlamış stasionar müalicə xəstənin həyatda qalma şansını artırır, ağırlaşmaların qarşısını alır, infarktdan sonrakı dövrdə fiziki və psixoemosional reabilitasiyanı yaxşılaşdırır.

Xəstəliyin profilaktikası üçün sağlam həyat tərzi sürülməli, zərərli vərdişlərdən (alkoqol, tütün və narkotik vasitələri) uzaq durmalı, sağlam və balanslaşdırılmış qidalanmağa üstünlük vermək tövsiyə olunur. Həmçinin, vətəndaşlar, xüsusilə risk qrupunda olan insanlar mütəmadi olaraq kardioloji müayinələrdən keçməlidirlər.


Oxunub: 1 231
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Bu gün, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Bu gün, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Bu gün, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Bu gün, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.