Bu gün Filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, hamımızın əzizimiz Salatın Əhmədlinin ad günüdür. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri Salatın xanımı ad günü münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır.
P.S. Salatın Əhmədli 18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin azərbaycan dili və ədəbiyyat müəllimidir. "Kitab Evi" İctimai Birliyinin sədridir. Eyni zamanda "Məhsəti" şairlər Məclisinin "Məhsəti" jurnalının baş redaktorunun müavinidir. Salatın Əhmədli "Turan" Qadınlar Mərkəzinin, "Bura Vətəndir" və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar "Тuran" Qadınlar mərkəzinin xətti və "Kazım Qara Bəkir Paşa" vəqfinin başqanı Timsal xanımın dəvəti ilə Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə olmuşdur.
Ailəlidir. İki övladı və beş nəvəsi vardır.
Oxunub: 412
Xəbəri paylaş
Paylaş: