Ölkədə animasiya məktəbləri yaradılacaq - Nazir müavini
Ölkəmizdə animasiya məktəblərinin yaradılması gələcək planlarımıza daxildir. Mediaxeberleri.Az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova 6-cı ANİMAFİLM festivalının açılışı zamanı jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bu baxımdan xarici mütəxəssislərlə əməkdaşlığın vacibliyindən danışıb: "Bu cür festivallar milli animatorlarla xarici animatorlar arasında rabitənin yaranmasına təkan verəcək".
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: