İcra başçısı şəhid anasını ziyarət edib - FOTOLAR
Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə əlillərinə, iştirakçılarına qayğı göstərmək də vətəndaş olaraq hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Ağstafa rayonunda da hər zaman nümunə götürülür, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır. Ağstafa RİH başçısı Seymur Orucov müalicəsi yaşadığı Köçəsgər kəndində davam etdirilən Birinci Qarabağ müharibəsi şəhidimiz Vahid Mətləb oğlu Ələsgərovun anası Şəriqə Ələsgərovaya baş çəkib ailənin qayğıları ilə maraqlanıb. Qeyd edək ki, Şəriqə Ələsgərovanın nəvəsi Mətləb Ələsgərovda 44 günlük vətən müharibəsi zamanı şəhid olub. Hazırda səhhətinin yaxşılığa doğru dəyişdiyini söyləyən Şəriqə ana, Şəhid ailələrinin üzvlərinin sağlamlığının daim diqqətdə saxlanılmasını, onların sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsini hər kəsin təqdirəlayiq hal kimi qiymətləndirdiyini bildirib və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.























