Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Tanınmış jurnalist Səidə Bəkirqızı Ağstafa rayon İcra Hakimiyyəti ilə bağlı tənqidi fikirlərin əks olunduğu video paylaşıb. O, qeydə aldığı videoda Ağstafa rayonunun Pirili kəndində asfalt qatının yararsız halda olduğunu və icra hakimiyyətinin bu yola diqqət ayırmadığını, təmir etmədiyini vurğulayıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sözügedən yol Ağstafa rayon İcra Hakimiyyətinin balansında deyil. Qeyd edək ki, jurnalist digərlərindən qayda-qanun tələb etdiyi halda özü sükan arxasında qaydaları pozub. Videodan da aydın şəkildə görünür ki, o, nəqliyyat vasitəsinin hərəkəti zamanı təhlükəsizlik kəmərindən istifadə etməyib. Eyni zamanda hərəkət zamanı hər iki əlini sükandan çəkib. Fərid
Oxunub: 49
Xəbəri paylaş
Paylaş:





















