"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
"SOCAR Azəriqaz İstehsalat Birliyinin Lənkəran Regional Qaz Istismar İdarəsinin elə qaranlıq işləri var ki.... Saymaqla bitmir..." Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının NHMT sosial şəbəkə hesabındakı paylaşımında Azad Məmmədov adlı istifadəçi gileylənir. Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Süni qaz artımının yazılması, dövriyyəsi bitən sayğacların abonent kodun yeni sayğaca düz-qoş olunması, o qədər oyunları var ki... istər Lənkəran olsun, istər Masallı olsun... İşləri abonentlərin ciblərinə girməkdir. Yada ki havanı o qədər vururlar ki, qazın gəlməsi 1 gün çəkir..." "DİA-AZ"
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















