Qaza həsrət qalan kənd sakinləri - VİDEO
İsmayıllı rayonunun Bəhliyan kənd sakinləri ərazidə təbii qazın olmamasından şikayətçidirlər. Mavi yanacağın yoxluğu, xüsusilə, qış aylarında ciddi çətinliklər yaradır, kəndlilər istilik tələbatını ödəmək üçün uzaq məsafələrdən quru odun daşımağa məcbur olurlar. Çətin vəziyyətdə qalan kəndlilər həyətlərindəki meyvə ağaclarını kəsərək yandırırlar, bu da bölgədə kənd təsərrüfatına və meyvəçiliyə ciddi zərər vurur.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş:





















