Məmmədlidə antisanitar vəziyyət aradan qaldırılıb - FOTO
Abşeron rayonunun Məmmədli kəndində yol kənarına qalaqlanan məişət tullantıları ərazidən təmizlənib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis və aidiyyəti qurumların əməkdaşları ilə birgə ərazidə müvafiq işlər görülüb, antisanitar vəziyyət aradan qaldırılıb. Abşeron rayonunun Məmmədli kəndində məişət tullantılarının yol kənarında qalaqlanması sakinlərin narazılığına səbəb olub. Bu barədə şikayət Oxu.Az-ın qaynar xəttinə daxil olub. Qeyd olunub ki, əvvəllər ərazidə üç zibil konteyneri olsa da, bilinməyən səbəbdən onları götürüblər. "Zibil qabları olmadığı üçün camaat tullantıları yol kənarına atır. Nəticədə antisanitar vəziyyət yaranır və kəskin qoxu səbəbindən ərazidən keçmək mümkün olmur", - deyə şikayətdə bildirilir.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:































