Alimlərin son araşdırması: ömrünüzün uzanması üçün...
ABŞ alimləri yumurta ilə bağlı mifləri darmadağın ediblər. Onlar son elmi araşdırmada yumurtanın ömrü uzatdığını bildiriblər. Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, yumurta yemək xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ömrü uzadır. Tədqiqatda 18-30 yaş arası insanlar iştirak ediblər. İki həftə ərzində hər gün üç toyuq yumurtası yeyiblər. Təcrübənin nəticəsi gözlənilməz olub: yumurta yemək qanda xolesterinin səviyyəsini normallaşdırmağa kömək edir. Normal xolesterin isə aterosklerozun inkişafına mane olur. Bundan əlavə, yumurta yeyən insanlarda antioksidantların və iltihab əleyhinə molekulların səviyyəsi artıb.
Oxunub: 363
Xəbəri paylaş
Paylaş: