Yol problemi sakinlərin əsəbini tarıma çəkdi: "Heç bir tədbir görmürlər" - VİDEO
Şirvan şəhərinin Məhəmməd Əsədov küçəsinin sakinləri yolların bərbad vəziyyətindən narazıdırlar. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, küçə indiyədək asfalt üzü görməyib. Onların sözlərinə görə, qışda palçıq, yayda isə toz-torpaq səbəbindən hərəkət çətinləşir. Taksi və təcili tibbi yardım avtomobilləri əraziyə gəlməkdə çətinlik çəkir. "Evimə qonaq gələ bilmir. Məcbur qalıb qonaqlarımı restoranda qarşılayıram. Ayıbdır, utanıram", - deyə sakinlərdən biri qeyd edib. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də problemin həll olunmadığını vurğulayıblar.
Oxunub: 50
Xəbəri paylaş
Paylaş:





















