Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq və kadr məsələləri sektorunun müdiri Gülnar İlyasova vəzifəsindən azad olunub. Mediaxeberleri.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Siyəzən RİH başçısı Novruz Novruzov müvafiq əmr imzalayıb. Amma Gülnar İlyasova işsiz qalmayıb. Məlumata görə, o, Nizami RİH-də işə başlayıb. Gülnar İlyasova Nizami RİH başçısı Coşqun Cəbrayılovun imzaladığı əmrlə Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsinə təyin olunub.

Oxunub: 44
Xəbəri paylaş
Paylaş:





















