“Toppuş bacı”nın qızı seriala çəkilir - VİDEO
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra seriala çəkilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Xəbər-ətər” verilişində danışılıb. O, “İkinci bahar” adlı serialda “Toppuş” obrazını canlandırır. Ekran işinin baş rol ifaçısı Əməkdar artist Dilarə Əliyeva Zəhranın olduqca istedadlı olduğunu deyib: “Səhnədə, ekranda olmağı haqq edən balaca aktrisadır. İnşallah parlaq gələcəyi olacaq, gözəl və maraqlı xarakterləri ilə tamaşaçıları sevindirəcək”. Xatırladaq ki, T. Əliyeva bu il yanvarın 22-də vəfat edib. “Toppuş bacı” obrazı ilə məşhurlaşan aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Oxunub: 348
Xəbəri paylaş
Paylaş: