Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır

Son xəbərlər :
  • “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
  • Millimizdən dünya çempionatında böyükhesablı qələbə
  • Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
  • Məşhurlar ən çox bu kokteyli içir
  • Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
  • Çay içənlərə XƏBƏRDARLIQ
  • 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
  • Zeytun Festivalının açılışı olub - Foto
  • “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
  • U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
  • Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
  • Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
  • İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
  • Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
  • Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
  • Payızda bu qidaları süfrənizdən əskik etməyin
  • Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
  • “Barselona” “Real”la matça necə hazırlaşır?
  • Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Həkimlərin dediyinə heç fikir də vermədilər...” - Qənirə Paşayevanın bacısı

  • Tarix: 10-03-2026, 20:04

Kəmalə Paşayeva: “Çox təəssüf edirəm ki, biz onun bu arzusunu reallaşdıra bilmədik”

“Kədərləndirən ən əsas şey odur ki, Qənirə xanım uşaqlığından ömrünün sonuna qədər heç vaxt özü üçün yaşamadı. Hər zaman ailəsi, bacısı, qardaşı, dostları, yoldaşları hər şeydən öndə gəlirdi. Özünə vaxt ayırmazdı. Oxumağı çox sevirdi. Heç vaxt onu uşaqlarla oynayan, toya gedən, gəzintiyə çıxan, istirahət edən görməzdiniz. Bütün boş vaxtlarını kitablara həsr edirdi. Uşaqlığını doyunca yaşamadığı üçün üzülürəm”.



Mediaxeberleri.Az bildirir ki, bunu mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onun vəfatının ildönümündə “Yeni Sabah”a müsahibəsində deyib.

- Bəs ailə arasında, məclislərdə necə insan idi? Kənardan çox zəhmli görünürdü...

- Heç elə biri deyildi. Çox deyib-gülən, əyləncəli bir insan idi. Sadəcə bu şeylərə vaxtı olmurdu. Onun yeri doğrudan da boş qalıb. Hər dəfə deyirik ki, Qənirə xanım olsaydı onu belə edərdik, bunu elə edərdik. Ondan sonra demək olar ki, çox az görüşürük. Xeyirdən, şərdən uzaq qaldıq. Yoxluğunu çox hiss edirik.

- Ən çox hansı anlarda deyirsiniz o bəlkələri, kaşkiləri?

- Qənirə xanım çox bağışlayan insan idi. Mən onun kiməsə kin tutduğunu görməmişəm. Əsas şüarı ondan ibarət idi ki, ölümlü dünyadır, niyə kin tutaq? Kinin bir yük olduğunu deyirdi. Xeyirin şər üzərində qələbəsini hər zaman ədəbiyyatdan oxuyurdum. Lakin bütün bunları ondan sonra anladım. Ömrü verən Allahdır. Yaşadığın ömrü gözəl yaşamaq lazımdır.

- Neçə yaş fərqiniz var idi?

- Qənirə xanım məndən 6 yaş böyük idi. Başqa 2 qardaşımız da var.

- Ailə qurmamasının səbəbi nə idi?

- Onun gənclik dövrü müharibə vaxtına təsadüf edirdi. Həmçinin həmin dövrdə o aktiv jurnalistika fəaliyyəti ilə məşğul idi. İşini hər şeydən üstün tuturdu. Ailə qurarsa, işlərində çətinlik yaşayacağını düşünürdü. Bu da onun seçimi idi. Qənirə xanım öz peşəsi ilə evli idi.

- Bəs valideynləriniz onun bu qərarını necə qarşılayırdı?

- Bizim valideynlərimiz liberaldırlar. Yəni övladlarına heç vaxt hansısa mövzuda təziq göstərməyiblər. Təbii ki, hər valideyn övladının xoşbəxt olmasını istəyir. Bəzən söz açılanda deyirdilər ki, evlən. Amma heç vaxt məcbur etməyiblər. Qərarlarına hörmətlə yanaşırdılar.

- Mənəvi qızı haqqında bir az danışa bilərsinizmi? Necə olmuşdu ki, belə bir qərar vermişdi?

- Bu barədə məndən çox soruşurlar. Qənirə xanım evində saxlasa da, saxlamasa da qız uşaqlarına qarşı çox həssas idi. Onların oxuyub həyatda bir yer tutmaları üçün çox çalışırdı. Atasız-anasız və ya maddi imkanları zəif olan ailələrin övladlarına dəstək olurdu. Evində saxlamasa belə bir əli üstlərində idi. Onlardan yalnız birini yanında saxlayırdı. O qız da oxudu, universiteti bitirdi. Artıq ailə də qurub, övladı da var. Kənarda olan uşaqlara da hazırda dəstək oluruq. Hər zaman da yanlarındayıq.

- Həmin xanımla hələ də əlaqələriniz varmı?

- Bəli, görüşürük, əlaqələrimiz var. Ailə olaraq əlləri çörəyə çatana qədər də hamısının yanındayıq.

- Bəs ailəsi var idimi Firuzənin? Ya uşaq evindən götürülmüşdü?

- Ailəsi var idi. Sadəcə olaraq maddi vəziyyətləri yaxşı deyildi. Qənirə xanım da ona bacardığı hər dəstəyi göstərirdi. İndi biz də yanlarındayıq.

- Şəxsi əşyalarını harada saxlayırsınız?

- Öz evindədir bütün əşyaları. Bəzilərini Milli Azərbaycan Tarixi Muzeyinə verdik. Medalları və diplomlarını bizdən istədilər. Ona görə onları muzeyə bağışladıq.

- İndi həmin evdə kim qalır?

- Anam bəzən gedib qalır. Qohumlarımız gedir. Mən Azərbaycana gələndə gedib qalıram. Yayda qardaşlarım öz ailələri ilə gedir.

Qərirə Paşayevanın vəfatını haqda danışan bacısı onun komaya düşməsinin əsas səbəbi haqda suala cavabında deyib:

“Sosial mediada, saytlarda onun haqqında fərqli fikirlər yayıldı. İnsanlar həkimlərin dediyi rəsmi açıqlamaya heç fikir də vermədilər. Onun sürətlə arıqlaması, xərçəng xəstəsi olması və s. fikirlər yayıldı.

- Bəs həqiqət necə idi? Hətta arıqlama dərmanı qəbul etdiyi üçün komaya düşdüyünü iddia edənlər də var...

- Yox, o arıqlama dərmanları qəbul etməyib. Sadəcə komaya düşməzdən 2 il qabaq mədəkiçiltmə əməliyyatı etdirmişdi. Çünki xeyli kökəlmişdi və onun sağlamlıq vəziyyətinə təsir edəcəyi üçün həkimlər belə qərar vermişdi. Gələcəkdə şəkər kimi xəstəliklərdən əziyyət çəkməməsi üçün əməliyyat olundu. Lakin ölümünün onunla heç bir əlaqəsi yoxdur. Onkoloji xəstəliyi də yox idi. Sadəcə olaraq çox yorğun idi. Özünə diqqət etmirdi. Son 3 gündə də qrip olmuşdu. Anidən təzyiqi enmişdi, yəni bədən “Hipotonik vəziyyət”ə keçmişdi. Qənirə xanımın ölümü bunun nəticəsində baş verib. Hər kəsin bir ölüm səbəbi və hekayəsi var. Onunki də belə oldu. Allahın yazdığı taledir. Nə bir dəqiqə tez, nə bir dəqiqə gec...

- Bəs onun ölüm xəbərini necə aldınız? İlk olaraq kimə məlumat verildi? Ananıza bu xəbəri necə verdiniz?

- Həmin vaxt hamımız xəstəxanada idik. Beş gün komada qaldı. Həmin müddətdə ailə üzvlərimiz, qohumlarımız, onun seçiciləri, jurnalistlər, dostları, bir sözlə, hamı orada idi. Həkimlər ilk xəbəri də bizə verdilər. Mediada orada olduğu üçün xəbər anında yayıldı. Hətta gəlib gedən o qədər çox idi ki, xəstəxananın bütün qapılarını bağlamışdılar.

- Qənirə Paşayeva ölümündən sonra bütün orqanlarını bağışladığını açıqlamışdı. Lakin sonra mediada məlumatlar yayıldı ki, orqanları yarasız olduğu üçün bu arzusunu reallaşdıra bilmədilər. Bu barədə nə deyə bilərsiniz?

- Qənirə xanım 20 il bundan qabaq bütün orqanlarını rəsmi şəkildə bağışladığını elan etmişdi. Hətta bunu bir kampaniya olaraq həyata keçirirdi. Həmin dövrdə bizim bütün ailəmiz də rəsmi şəkildə, notarial qaydada bunu etdik. Allah qorusun mən də bu gün ölsəm, orqanlarım yararlı olarsa, istifadə olunacaq. Çox təəssüf edirəm ki, biz onun bu arzusunu reallaşdıra bilmədik. Komada qaldığı üçün orqanları fəaliyyətini itirmişdi. Sonda hətta həkimlər ona orqan yetməzliyi diaqnozu da qoydular...”

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. 1998-ci ildən 2005-ci ilə qədər ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. 2005-2023-cü illərdə Milli Məclisin deputatı olub.

2023-cü il sentyabrın 24-də komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib. Həmin ayın 28-də müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində 48 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.


Oxunub: 1 507
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    Dünən, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    Dünən, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    Dünən, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    Dünən, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    Dünən, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    Dünən, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    Dünən, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    Dünən, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    Dünən, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    Dünən, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    Dünən, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Dünən, 19:06 | Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
    Dünən, 19:03 | İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
    Dünən, 18:59 | Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
    Dünən, 18:42 | Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
    Dünən, 18:35 | Payızda bu qidaları süfrənizdən əskik etməyin
    Dünən, 18:32 | Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
    Dünən, 18:30 | “Barselona” “Real”la matça necə hazırlaşır?
    Dünən, 18:29 | Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
    Dünən, 18:24 | Azərbaycana xarici investisiya qoyuluşu kəskin artıb
    Dünən, 18:06 | Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?
    Dünən, 18:04 | Sərhədimizdə qanunsuz ağac kəsən ermənilərə protokol yazıldı
    Dünən, 15:45 | Davada öldürülən Ceyhunun qızına bu gün elçi gələcəkmiş
    Dünən, 15:40 | Misli Premyer Liqası: “Şəfa” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qəbul edir
    Dünən, 15:24 | Qəbələdə ağır qəzada xəsarət alanların son durumu - Video
    Dünən, 15:21 | Dilarə Əliyevaya vəzifə verildi
    Dünən, 15:17 | Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır - Təhsildə yeni təhlükə
    Dünən, 15:14 | Zığda yaşayış binasında yanğın söndürüldü
    Dünən, 14:10 | QIŞDA HANSI ƏRZAQLAR BAHALAŞACAQ? – Ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA
    Dünən, 14:07 | Avropadan Azərbaycana axın başladı - SƏBƏB BU İMİŞ…
    Dünən, 13:47 | RAYONLARA DÖVLƏT DOTASİYASI TAM KƏSİLDİ – Xərclər necə qarşılanacaq?
    Dünən, 13:42 | Salyan rəsmən XARABA GÜNƏ QALIB - Rüstəm Xəlilovun "SƏNƏT ƏSƏRİ"...
    Dünən, 13:35 | Sabah yağış yaşacaq, külək əsəcək - HAVA PROQNOZU
    Dünən, 13:30 | Bakıda tarixi futbol turniri: 1000-ə yaxın oyun keçiriləcək
    Dünən, 13:26 | Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”
    Dünən, 13:22 | Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
    Dünən, 13:11 | BURA RƏHBƏR TƏYİN ETMƏK... NƏ ÇƏTİN MƏSƏLƏDİR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
    Dünən, 13:00 | Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
    Dünən, 12:56 | Azərbaycan neftinin qiyməti 126 dolları ötüb
    Dünən, 12:54 | Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
    Dünən, 12:51 | Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
    Dünən, 12:44 | Abşeronda yağışdan sonra yolu su basdı - VİDEO
    Dünən, 12:40 | NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
    Dünən, 12:36 | Bakıda deputat Arzuxan Əlizadənin oğlunun qətl törətdiyi yerdən görüntülər - Foto
    Dünən, 12:03 | Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Dünən, 12:02 | Rafiq Rüstəmov Cəlilabad bələdiyyəsinə sədr seçildi
    Dünən, 11:55 | Bu maşınlarla yola çıxmayın! – DYP-dən xəbərdarlıq
    Dünən, 11:53 | Qətl baş verən davada bu məşhurun oğlu da iştirak edib
    Dünən, 11:52 | Bakıda kafedə kütləvi dava: ölən var - Anbaan video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.