Mehdiabad qəsəbəsində yaşayış evlərinə gedən yolu satıblar.. - İDDİA - VİDEO
Abşeron rayon Mehdiabad qəsəbəsində ərazinin qanunsuz olaraq satıldığı iddia edilir. Mediaxeberleri.Az Xəzər TV-yə istinadən bildirir ki, qəsəbədə Pərviz Musayev küçəsinin sakinləri bildirir ki, evlərinə avtomobillə gedə bilmirlər. Buna səbəb avtomobil yolunun qanunsuz olaraq bir gecənin içində satılmasıdır. Hazırda sakinlər çarəsiz qalıb. Yolun qazılmasından sonra avtomobillər də hərəkət edə bilmir. Mövcud məsələdən Mehdiabad qəsəbə Bələdiyyəsi də xəbərdardır. Hətta sakinlərin müraciəti əsasında həmin ünvana baxış keçirilib. Vətəndaşlar bildirib ki, problem qısa vaxt ərzində həll olunmasa hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: