16 saylı körpələr evi-uşaq bağçasında ərzaqlar mənimsənilir? - İDDİA
Abşeron rayonu, Qobu qəsəbəsi 16 saylı körpələr evi-uşaq bağçasına gələn ərzaqların mənimsənildiyi iddia olunub.Oxu.Az-a daxil olan görüntülərdə ərzaqların şəxsi avtomobilin baqaj hissəsinə yerləşdirildiyi öz əksini tapıb. Vətəndaş iddia edir ki, bağçaya 15 gündən bir ərzaq gətirilir və artıq qalan ərzaqlar şəxsi avtomobilə yüklənir: "Qayda belədir ki, bağçaya məhsulu hansı maşın gətirirsə, artıq qalan ərzaqlar da həmin avtomobillə daşınmalıdır".
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















