Novruz çərşənbələri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman yanğın təhlükəsizliyi qaydaları ilə bağlı əhaliyə müraciət edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, FHN Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır: - bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı; - tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı; - tonqal üzərindən atılarkən ehtiyatlı olmalı; - tonqal tam sönənədək nəzarətdə saxlanılmalı; - süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. "Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur", - müraciətdə qeyd edilib.





















