Bir ailənin 8 üzvü paytaxt salatından zəhərləndi
Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib. Mediaxeberleri.Az-ın Report-a istinadən məlumatına görə, rayonun Xucbala kəndində qonaqlıq zamanı - 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların paytaxt salatından zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















