Mediaxeberleri.az
    
  • Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
    Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
  • 
  • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
    Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
  • 
  • Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
    Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
  • 
  • Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi  - FOTO, VİDEO
    Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - FOTO, VİDEO
  • 
  • İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
    İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
  • 
  • Ata 3 yaşlı oğlunu boğub öldürdü
    Ata 3 yaşlı oğlunu boğub öldürdü
  • 
  • Zənginlər dollardan imtina edir - Səbəb?
    Zənginlər dollardan imtina edir - Səbəb?
  • 
  • Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
    Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
  • 
  • "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
    "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
  • 
  • Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto
    Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto
  • 
  • “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
    “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
  • 
  • Beş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq
    Beş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq
  • 
  • Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
    Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
  • 
  • Qalmaqallı məmura cinayət işi açıldı
    Qalmaqallı məmura cinayət işi açıldı
  • 
  • Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
    Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • Bəzən beynimiz niyə bir mövzunu buraxa bilmir?
    Bəzən beynimiz niyə bir mövzunu buraxa bilmir?
  • 
  • PSJ UEFA Çempionlar Liqasının qalibi olub
    PSJ UEFA Çempionlar Liqasının qalibi olub
  • 
  • ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
    ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
  • 
  • Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
    Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
  • 
  • Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib
    Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Son xəbərlər :
  • QHT-lərin maliyyələşdirilməsində şəffaflıq və hesabatlılıq artırılır
  • Təhsil naziri: "Repetitorluğu ləğv etmək mümkün deyil"
  • Dənizdə batan şəxslərdən geriyə qalan ürəkdağlayan - Foto
  • "Qarabağ"ın Avropa Liqasındakı oyunlarının vaxtı bəlli oldu
  • DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?
  • Xətaidə konsert proqramı... - Foto
  • Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü
  • Azərbaycan və Ermənistan şirkətləri müqavilə imzaladı: İnternet...
  • Sosial yardımlar alanların nəzərinə!
  • Prezidentlərin geniş tərkibdə görüşü oldu
  • Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətində - Video
  • Zəncanda 65 nəfər casusluqda ittiham edildi
  • Prezidentlərin təkbətək görüşü oldu
  • Ölkə əhəmiyyətli memarlıq abidəsinə ziyan vuruldu – Foto
  • Krım benzinsiz qalmışdı: İndi su da olmayacaq
  • "Qarabağ" Bədavi ilə bağlı qərarını verdi
  • ABŞ-İran danışıqları bu saatda başlayacaq
  • Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
  • Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi
  • ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?

  • Tarix: 31-01-2026, 22:05

Həkimlərin laqeydliyi, xəstələrə qarşı aqressiv münasibətləri, klinikaların pasiyentlərin şikayətlərinə məhəl qoymamaları Azərbaycan səhiyyə sistemi ilə bağlı əsas şikayətlər arasındadır. Hətta ən bahalı klinikalarla bağlı da bu cür narazılıqlar səslənməkdədir. Paralel olaraq, həkimlər arasında da pasiyentlərin davranışlarından narazılıqlar artmaqdadır.

Son günlər sosial platformalarda da klinikalarda pasiyentlərə qarşı həkimlərin və ümumən personalın kobud rəftarı və səhlənkarlıqları ilə bağlı silsilə statuslara rast gəlinir. Yəni istənilən xəstənin tibb müəssisələrində barmaqarası xidmətlə üzləşmək riski var. Belə hallarda xəstənin həm pulu gedir, həm də canı.

Maraqlıdır, əgər vətəndaş dövlət tibb müəssisəsində və ya özəl klinikada göstərilən tibbi yardımın keyfiyyətindən və ümumən qeyri-insani münasibətdən narazıdırsa, kimdən imdad diləməlidir?

Mediaxeberleri.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?


"Gərginlik bəzən adi prosedur qaydaların pozulması ilə başlayır"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirdi ki, bütün dünyada olduğu kimi Azərbaycanda da pasiyent-həkim münasibətləri bəzi hallarda təşəkkür, bəzən isə pasiyent məmnuniyyətsizliyi, kobud rəftar, peşəkar olmayan davranışlarla müşahidə olunur: "Amma təbii ki, bu cür qeyri-peşəkar davranışların artması narahatlıq doğurur. Pasiyentin öz hüquqlarını və müəssisədəki davranış qaydalarını bilməsi, o cümlədən də tibb personalının işində qaydalara və təlimatlara uyğun hərəkət etməsi qarşıdurma və neqativ halların qarşısını almaq üçün ən yaxşı çıxış yoludur". Millət vəkili hesab edir ki, bu cür halların tənzimlənməsində daha çox müəssisənin məsuliyyəti ön plana çıxarılmalıdır: "Bizdə hətta xırda texniki proseslərə görə də çox vaxt həkimlə pasiyent qarşı-qarşıya gəlir. Bütün məsələlər həkimdən və digər tibb personalından tələb olunur. Düşünürəm ki, xəstə-həkim-tibb münasibətlərinin tənzimlənməsində "Xəstə xidmətləri şöbəsi"nin rolu artmalı və bu proseslər onlar tərəfindən tənzimlənməlidir. Həkim - həkim deontologiyasına, tibb işçisi - tibb işçilərinin davranış qaydalarına uyğun şəkildə addımlar atmalı və peşəkar vəzifə borclarını həyata keçirməlidir. Biz çox vaxt münasibətlərin gərginləşməsini adi prosedur qaydalardakı pozuntularla başladığını görürük. Burada cavabdeh şəxs kimi həkim yox, hüquqi şəxs olaraq klinikaların cavabdehlik daşıması çox önəmlidir. Dünyanın əksər ölkələrində bu proseslərdə hüquqi şəxs olan müəssisə məsuliyyət daşıyır. Pasiyent belə hallarla üz-üzə qaldıqda ilk növbədə xəstəxana rəhbərliyinə müraciət etməlidir. Əgər hadisədə inzibati pozuntu varsa, Səhiyyə Nazirliyinə, hüquq-mühafizə orqanlarının müdaxilə edəcəyi bir durum varsa, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır".

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?

"Xəstəxana hüquqi baxımdan məsuliyyət daşıyır"

Professor Adil Qeybulla isə hesab edir ki, ümumiyyətlə, bu cür məsələlər qanunla tənzimlənməlidir: "Həkim etikası kodeksi" həkimlə xəstə, xəstə ilə tibb bacısı və başqa personal arasında münasibətləri tənzimləməlidir. Bu sənəddə elə maddələr var ki, pozulduğu halda birbaşa məsuliyyət yaradır. Buna görə də bu cür halları hansısa Hippokrat andına və ya mənəvi prinsiplərə bağlamaq yox, qanunla tənzimləmək lazımdır". Həkim-cərrah bildirir ki, əgər xəstəxana şəraitində xəstə ilə kobud davranılıbsa və lazımi diqqət göstərilməyibsə, buna görə xəstənin əmək qabiliyyətində və ya səhhətində problem yaranıbsa, xəstəxana hüquqi məsuliyyət daşıyır:

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?

"Fikrimcə, bizdədə həkimin, tibb bacısının hüquqları qorunur. Kimsə özünə artıq nəvaziş istəyə, yaxud da başqa tələblər qoya bilməz. Mən bunu 90-cı illərdən "Həkim etikası kodeksi" qəbul edilməlidir ki, bu cür məsələlər birdəfəlik çözülsün. Əks halda, belə hallar davam edəcək. Bu kodekslə hədeyirəm. Amma təəssüf ki, bizdə tibb kollektivi, həkimlə xəstə arasında hüquqi münasibətlər uzun illərdir tənzimlənməmiş qalır".

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?

"Qeyri-müəyyənlik vətəndaş cəmiyyətini də narahat edir"

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov bildirir ki, həkim-pasiyent münasibətlərindəki qeyri-müəyyənlik vətəndaş cəmiyyətini də narahat edir: "Biz 2021-ci ildən bəri dövlət səhiyyə qurumu, həkim və pasiyent təşkilatlarının birgə çalışmalarının faydasını göstərməyə çalışırıq. İlk dəfə keçirdiyimiz forumda pasiyentlərin hüquqlarının qorunması ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan bəyannamə qəbul olundu. Biz bu sənədi aidiyyəti dövlət qurumlarına təqdim etdik. Düşünürük ki, bu sahədə bəzi qanunların yenlənməsi vacibdir: pasiyentin vaxtına hörmət, təhlükəsiz müalicənin təminatı, xəstəni ağrı və əzabdan qurtarmaq kimi məsələlər həll edilməlidir. Bir sıra məqamlar var ki, onlara yenidən baxılmalıdır. Son vaxtlar müşahidə etdiyimiz xoşagəlməz hallar da bu cür hadisələrdir. Xəstə-həkim münasibətləri sırf qanun çərçivəsində olsa, bu cür xoşagəlməz hadisələr də baş verməz". Təşkilat rəhbəri hesab edir ki, özəl klinikaların fəaliyyətinə, o cümlədən orada çalışan həkimlərə nəzarətin artırılması da vacibdir. Həmçinin həkim-pasiyent münasibətlərində tibb işçilərinin də hüquqlarının qorunması diqqət mərkəzində olmalıdır: "Bəzən pasiyent tərəfindən də həkimə qarşı müəyyən xoşagəlməz davranışlar baş verir. Qanunvericilikdə olan boşluqlar buna imkan yaradır. Təbii ki, bu sahədə nəzarət mexanizminin gücləndirilməsi, pasiyent hüquqlarına yenidən baxılması, müstəqil ekspertizanın yaradılması çox vacibdir. Paralel olaraq həkimlərin də hüquqlarının qorunması diqqət mərkəzində olmalıdır. Bunu təmin edə bilsək, belə xoşagəlməz hadisələr də baş verməyəcək. Həm tibb müəssisəsinin, həm həkimin, həm də pasiyentin məsuliyyəti olacaq".


Oxunub: 769
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:57 | QHT-lərin maliyyələşdirilməsində şəffaflıq və hesabatlılıq artırılır
    Dünən, 22:55 | Təhsil naziri: "Repetitorluğu ləğv etmək mümkün deyil"
    Dünən, 22:52 | Dənizdə batan şəxslərdən geriyə qalan ürəkdağlayan - Foto
    Dünən, 22:50 | "Qarabağ"ın Avropa Liqasındakı oyunlarının vaxtı bəlli oldu
    Dünən, 22:48 | DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?
    Dünən, 12:44 | Xətaidə konsert proqramı... - Foto
    Dünən, 12:22 | Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü
    Dünən, 12:13 | Azərbaycan və Ermənistan şirkətləri müqavilə imzaladı: İnternet...
    Dünən, 11:37 | Sosial yardımlar alanların nəzərinə!
    Dünən, 11:31 | Prezidentlərin geniş tərkibdə görüşü oldu
    Dünən, 11:28 | Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətində - Video
    Dünən, 11:22 | Zəncanda 65 nəfər casusluqda ittiham edildi
    Dünən, 11:18 | Prezidentlərin təkbətək görüşü oldu
    Dünən, 11:16 | Ölkə əhəmiyyətli memarlıq abidəsinə ziyan vuruldu – Foto
    21-06-2026, 15:17 | Krım benzinsiz qalmışdı: İndi su da olmayacaq
    21-06-2026, 15:14 | "Qarabağ" Bədavi ilə bağlı qərarını verdi
    21-06-2026, 14:51 | ABŞ-İran danışıqları bu saatda başlayacaq
    21-06-2026, 14:49 | Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
    21-06-2026, 14:47 | Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi
    21-06-2026, 14:40 | ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
    21-06-2026, 14:01 | Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
    21-06-2026, 13:59 | Rusiya Krımı hücumlar üçün istifadə edə bilməyəcək
    21-06-2026, 13:56 | İsrail öhdəliklərini yerinə yetirmir - Bəqai
    21-06-2026, 13:54 | Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
    21-06-2026, 13:52 | FHN küləkli hava ilə bağlı xəbərdarlıq etdi
    21-06-2026, 00:57 | Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
    20-06-2026, 21:48 | Ağstafaya dolu düşdü - Foto
    20-06-2026, 21:00 | Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
    20-06-2026, 20:54 | "Qarabağ"ın oyununda yeddi qol vuruldu
    20-06-2026, 20:45 | Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
    20-06-2026, 20:43 | İranda 17 nəfər ABŞ-a görə saxlanıldı
    20-06-2026, 20:11 | Sürücülük vəsiqəsi bu səbəblərə görə müddətsiz verilə bilməz
    20-06-2026, 20:09 | 15 yaşlı qızla cinsi əlaqədə olub evindən oğurluq edən gəncə HÖKM OXUNDU
    20-06-2026, 20:07 | Sumqayıtda yaşayış binasında partlayış: yaralılar var - Foto
    20-06-2026, 11:59 | Komitə sədri özünə yeni köməkçi götürdü - FOTO
    19-06-2026, 21:01 | Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib
    19-06-2026, 20:59 | Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
    19-06-2026, 20:57 | Hörmüz boğazı bağlanıb? - İran XİN-dən cavab
    19-06-2026, 17:14 | “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
    19-06-2026, 17:10 | Əmək qanunvericiliyində növbəti təkmilləşdirmələr aparılacaq - FOTO
    19-06-2026, 17:06 | Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
    19-06-2026, 17:04 | Yağış yağacaq, temperatur 7 dərəcə enəcək – Xəbərdarlıq
    18-06-2026, 17:08 | Hüquq təhsili almaq istəyənlərə maneə… - Ekspert
    18-06-2026, 17:05 | Moskvaya neft yağışları yağır - Video
    18-06-2026, 17:02 | Hipermarketə silahlı basqın edənlərlə bağlı qərar verildi
    18-06-2026, 16:45 | Niyə səhərlər günəş işığı qəbul etməliyik? - Səhər günəşinin 4 müalicəvi gücü
    18-06-2026, 16:40 | Rusiya Ermənistana nota göndərdi
    18-06-2026, 16:38 | DÇ-2026-da qalmaqal: Oyuna cadu etdi - Foto
    17-06-2026, 18:33 | "Qurtuluş"un rəhbəri yenə hakim qarşısına çıxdı
    17-06-2026, 18:25 | Məleykənin ölümünə səbəb olan cərraha cəza verildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.