Elşad Miraləmə yüksək vəzifə verildi
Elşad Mircavad oğlu Miraləm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin olunub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Modern.az-a komitədən bildirilib. Qeyd edək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi. Əlavə edək ki, Dini Komitə Aparatının yeni rəhbəri Elşad Miraləm 1977-ci ildə Goranboy rayonunda anadan olub. O əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Belə ki, o, 1998-1999-cu illərdə “Press-Media” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini; 1999-2002-ci illərdə “Yeni Azərbaycan” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini; 2002–2005-ci illərdə “Azərbaycan” qəzetində parlament müxbiri işləyib. 2005–2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya katibi, mətbuat xidmətinin rəhbəri, şöbə müdiri vəzifələrində çalışıb. 2018–2020-ci illərdə CBC TV-də Azərbaycan redaksiyasının baş redaktoru işləyib. 2020-ci ildə SOCAR Təhlükəsizlik İdarəsində müşavir, 2020-2024-cü illərdə Milli Məclisdə deputat köməkçisi olub. 2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub. O, ölkə Prezidntinin 6 iyul 2012-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.





















