Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

QƏBULA HƏFTƏDƏ CƏMİ 2 SAAT AYIRAN QURUMLAR - Regional Təhsil İdarələrinin rəhbərləri nə işlə məşğuldur?

  • Tarix: 5-09-2023, 16:46

Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu cədvəli açıqlanıb. (BAX: https://edu.gov.az/az/graphic/page)

“AzPolitika.info” xəbər verir ki, vətəndaş qəbulu cədvəlində nazir, nazir müavinləri, aparat rəhbəri, şöbə müdirləri, agentliklərin idarə heyyətinin üzvləri, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Regional Təhsil İdarələrinin qəbul günləri və saatları qeyd olunub.

Qeyd edək ki, sözügedən cədvəldə tabeliyində yüzlərlə ümumtəhsil müəssisəsi olan Regional Təhsil İdarələrinin müdirlərinin vətəndaş qəbulu cədvəli bir xeyli maraq və təəccüb doğurub. Bu cədvəldə 13 regional təhsil idarəsindən yalnız 4-nün (Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi) həftədə iki dəfə vətəndaşları qəbul etdiyi məlum olub.

Digər 9 regional təhsil idarəsində (Abşeron-Xızı Regional Təhsil İdarəsi, Bakı Şəhər üzrə Təhsil İdarəsi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Mərkəzi Aran Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şirvan-Salyan Regional Təhsil İdarəsi) isə vətəndaş qəbulunun həftədə cəmi bir dəfə olmaqla 2- 3 saat müddətində keçirildiyi ortaya çıxıb.

Məlumat üçün qeyd edək ki, Regional Təhsil İdarələri ölkə başçısının müvafiq Sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin əsasında yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib. Adıçəkilən 13 müəssisə rayonda təhsili idarə edən, regional idarələrin tərkib hissəsi kimi fəaliyyət göstərən qurumlar hesab olunurlar. Bu qurumların yaradılmasında əsas məqsədin sözügedən sahədə vahid idarəçilik siteminə keçid edərək, mərkəzləşmiş şəkildə fəaliyyəti təmin etmək olduğu bildirilirdi.



Həmin vaxt Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Regional Təhsil İdarələrinin yaradıldıqdan sonra vətəndaşların müraciətlərinə daha keyfiyyətli şəkildə baxılacaq:“Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada inanıram ki, Regional Təhsil İdarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə keyfiyyətli baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcək”.

Ancaq nazirin qulağa xoş gələn açıqlamaları ilə vətəndaş qəbulu cədvəlindəki məlumatlar arasında ciddi bir qeyri-müəyyənlik var. Çünki ay ərzində təhsil işçilərinə və vətəndaşlara ümumilikdə cəmi 8 saat vaxt ayıran bir qurumun müdiri onların şikayətlərini, üzləşdikləri problemləri hansı səviyyədə həll edə bilər? Burada hansısa “keyfiyyətli” xidmətdən danışmaq mümkündürmü?

Digər tərəfdən, yüzlərlə təhsil müəssisəsinin bir qurumda birləşməsi, təhsil mühitimizin bərbad bir vəziyyətdə olduğu indiki dövrdə saysız-hesabsız vətəndaş müraciəti, şikayəti anlamına gəlir. Belə nəticəyə gəlmək olar ki, həftədə bir dəfə görüş təşkil edən Regional Təhsil İdarələrinin başlıca məqsədi vətəndaşın şikayətini dinləyib, həll etmək yox, sadəcə “yola verib” cari iş həftəsini başa vurmaqdan ibarətdir.



Onu da qeyd edək ki, hazırda 13 Regional Təhsil İdarəsinin tabeliyində ümumilikdə nə az, nə çox düz 4009 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan -  Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində ən çox (553) ümumtəhsil müəssisəsi olan qurum olmasına baxmayaraq, həftədə cəmi bir dəfə, 3 saat müdətinə vətəndaş qəbulu keçirir. Ən az ümumtəhsil müəssisəsi isə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindədir (99). Burada da qəbul həftədə bir dəfə olmaqla, 2 saat müddətində aparılır.

Bütün Regional Təhsil İdarələrinin tabeliyindəki təhsil müəssisələrini təqdim edirik:

- Abşeron-Xızı Regional Təhsil İdarəsinin - 99 ümumtəhsil müəssisəsi;



Ətraflı



Ads by 
1
Reklamınızı SmartBee ilə effektiv edin.


- Bakı Şəhər üzrə Təhsil İdarəsi – 312 ümumtəhsil müəssisəsi;

- Dağlıq Şirvan Regional Təhsil İdarəsi – 205 ümumtəhsil müəssisəsi;

- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi – 248 ümumtəhsil müəssisəsi;

- Lənkəran-Astara Regional Təhsil İdarəsi – 553 ümumtəhsil müəssisəsi;

- Mərkəzi Aran Regional Təhsil İdarəsi - 337 ümumtəhsil müəssisəsi;

- Mil-Muğan Regional Təhsil İdarəsi – 242 ümumtəhsil müəssisəsi;

- Qarabağ Regional Təhsil İdarəsi - 450 ümumtəhsil müəssisəsi;

- Qazax-Tovuz Regional Təhsil İdarəsi – 323 ümumtəhsil müəssisəsi;

- Quba-Xaçmaz Regional Təhsil İdarəsi - 386 ümumtəhsil müəssisəsi;

- Şəki-Zaqatala Regional Təhsil İdarəsi - 362 ümumtəhsil müəssisəsi;

- Şərqi Zəngəzur Regional Təhsil İdarəsi – 303 ümumtəhsil müəssisəsi;

- Şirvan-Salyan Regional Təhsil İdarəsi – 189 ümumtəhsil müəssisəsi;

Bu anlaşılmaz vəziyyətin səbəbini öyrənmək üçün Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən müraciətimizin qısa zaman ərzində cavablandırlacağı bildirilsə də, yazı hazır olana qədər mövzu ilə bağlı ünvanladığımız suallara cavab gəlmədi.

Bir sıra Regional Təhsil İdarələrinə ünvanladığımız sorğuları isə ümumiyyətlə, cavablandıracaq şəxs tapılmadı. Belə görünür ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Regional Təhsil İdarələri vətəndaş qəbulu ilə yanaşı, media əlaqələrini də bu cədvəl əsasında qurub və yalnız müəyyən edilmiş zaman aralığında xidmət göstərir...

E. Bəyməmmədli


Oxunub: 900
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    13-11-2026, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    13-11-2026, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    13-11-2026, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    13-11-2026, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    13-11-2026, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    13-11-2026, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    13-11-2026, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    13-11-2026, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    13-11-2026, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    13-11-2026, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    13-11-2026, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    13-11-2026, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    13-11-2026, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.